Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tokio-2020-də hakim haqsızlığı: Boksçumuz erməniyə "uduzduruldu"

© Photo : National Olympic Committee of AzerbaijanАзербайджанский боксер Джавид Челебиев
Азербайджанский боксер Джавид Челебиев - Sputnik Azərbaycan, 1920, 31.07.2021
Abunə olmaq
İyirmi doqquz yaşlı Azərbaycan boksçusu Cavid Çələbiyev erməni həmkarına uduzmasını hakim haqsızlığı ilə izah edib.

BAKI, 31 iyul - Sputnik. Azərbaycan boksçusu Cavid Çələbiyev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

63 kq çəki dərəcəsində yer alan 2013-cü ilin dünya çempionuu 1/8 finalda Ermənistan təmsilçisi, Avropa çempionu və Minsk-2019 II Avropa Oyunlarının qalibi Ovanes Baçkovla üz-üzə gəlib. İlk raunda fəal təsir bağışlayan Çələbyev rəqibinə ardıcıl zərbələr endirib. Bunun nəticəsində 29 yaşlı idmançı fasiləyə 4:1 hesablı üstünlüklə çıxıb.

İkinci raundda Baçkov vəziyyəti bərabərləşdirməyə çalışıb. Bunun nəticəsində 5 hakimin hamısı onun üstünlüyünü qeydə alıb.

Üçüncü raundda Çələbiyev yorğun təsir bağışlayıb. Zərbələrin intensivliyinin azaldığı hissənin qalibi Ermənistan təmsilçisi olub - 4:1. .

Beləliklə, Azərbaycan boksçusu 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Hakim haqsızlığı oldu

"Qələbə gözləyirdim. Lakin mənə elə gəlir ki, bir qədər hakim haqsızlığı oldu".

Sputnik Azərbaycan Report-a isitinadla xəbər verir ki, bunu Azərbaycan boksçusu Cavid Çələbiyev (63 kq) Tokio-2020 Yay Olimpiya Oyunlarında Ermənistan təmsilçisi Ovanes Baçkovla keçirdiyi 1/8 final görüşü barədə danışarkən deyib.

29 yaşlı idmançı əvvəlki olimpiadalarda olduğu kimi, yenə hakim haqsızlıqları ilə üzləşdiklərini bildirib: "Birinci raundu qazandıqdan sonra ikinci raundda da demək olar ki, qalib olmuşdum. Sadəcə, ikinci raudda qələbəni qarşı tərəfə verdilər. Həmişəki kimi, Tokio-2020-də də haqsızlıqla üzləşdik. Bu, hakimlərin haqsızlığından irəli gəlir".

Cavid Çələbiyev Ovanes Baçkova 1:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.

Qeyd edək ki, Cavid Çələbiyev Azərbaycanın Tokio-2020-də mübarizəni dayandıran dördüncü boksçusu olub. Daha əvvəl Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq) və Məhəmməd Abdullayev (+91 kq) də Oyunlarla vidalaşıb. Yalnız Alfonso Dominges (81 kq) yarımfinala vəsiqə qazanaraq, ən azı bürünc medalı təmin edib.

Xəbər lenti
0