02:48 01 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0193
  • RUB0.0232
İDMAN
Qısa URL
475 0 0

Soçidə bu günlərdə keçirilən turnirdə yalnız bir azərbaycanlı qrossmeyster - Vasif Dürarbəyli qalıb.

BAKI, 20 iyul - Sputnik. Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Soçidə keçirilən Şahmat üzrə Dünya kubokunda çıxışını başa vurub.

Turnirin üçüncü dövrəsində Məmmədyarov erməni şahmatçısı Ayk Martirosyana məğlub olub.

Klaasik ivaxt nəzrəti ilə keçirilmiş ilk iki partiyada şahmatçılar hərəyə bir qəlkbə qazanıblar. Tay brekdə Məmmədyarov birinci rapid partiyada ağ fiqurlarla uduzub, Şəhriyarın qaralarla oynadığı cavab partiyası isə heç-heçə başa çatıb. Nəticədə Məmmədyarov Martirosyana 1,5:2,5 uduzaraq turnirə çıxışını bitirib.

Beləliklə, yarışda Azərbaycanın cəmi bir təmsilçisi - Vasif Dürarbəyli qalıb. O, üçüncü dövrədə çex David Navaroya qalib gəlib.

Dördüncü dövrədə Dürarbəyli Nodirbel Abdusattarov (Özbəkistan) - Aniş Giri (Niderland) görüşünün qalibi ilə oynayacaq.

Əsas mövzular