17:27 03 Avqust 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0195
  • RUB0.0233
İDMAN
Qısa URL
24 0 0

London "Arsenal"ının keçmiş oyunçusu hesab edir ki, Azərbaycan, Belarus və Qazaxıstanın aparıcı klublarının dəvət olunması təkcə RPL-ə deyil, qonşu ölkələrin klublarına da xeyir verəcək.

BAKI, 16 iyul - Sputnik. Son illərdə Rusiyanın ən yaxşı oyunçusu, London "Arsenal"ının keçmiş futbolçusu Andrey Arşavin Azərbaycanın "Qarabağ" və "Neftçi" kimi aparıcı klublarını Rusiya Premyer Liqasına dəvət edib.

Sputnik Azərbaycan bu barədə "Чемпионат"a istinadən xəbər verir.

RPL-in səviyyəsini qaldırmaq barədə mülahizə yürüdərkən Sankt-Peterburqun "Zenit" klubunun gənc futbolçuların inkişafı departamentinin direktoru vəzifəsində çalışan Arşavin Azərbaycan, Belarus və Qazaxıstanın hərəsindən iki aparıcı klubun Rusiya çempionatına dəvət olunmasını təklif edib.

"Bircə yol var: Azərbaycan, Belarus və Qazaxıstanın çempionatları ilə birləşək. Bu, ən azından auditoriyanı genişləndirər. Azərbaycandan iki klub isə ("Qarabağ" ilə "Neftçi" nəzərdə tutulur - red.), bizim "Arsenal"la oyun göstərdi ki, RPL-in ikinci səkkizliyindəki komandalardan heç də pis deyil. Neçə komanda götürək? Hərəsindən iki. Rusiyada isə 12 komanda saxlayaq", - Arşavin söyləyib.

 

Xatırladaq ki, 2019-cu ildə Avropa Liqasının təsnifat mərhələsində Bakının "Neftçi" klubu Tulanın "Arsenal" komandasına qalib gəlmişdi (1:0, 3:0).

 

Arşavin hesab edir ki, RPL-ə qoşulmaqla Azərbaycan, Qazaxıstan və Belarusun aparıcı klubları yaxşı imkanlar qazanacaq.

"Sadəcə olaraq, həmin ölkələrdə klublar maliyyə cəhətdən sərbəst, güclü olardılar, auditoriyaları genişlənərdi: insanlar belə oyunlara baxmağa gedərdilər. Ancaq suallar çoxdur: UEFA buna necə baxar, kim çempionatı tərk edir, kim avrokublara gedir və s." - Arşavin qeyd edib.

O həmçinin bildirib ki, RPL üçün ən yaxşı çıxış yollarından biri Ukrayna çempionatı ilə birləşmək olardı, ancaq mövcud siyasi vəziyyət üzündən hazırda bu mümkün deyil. Qeyd edək ki, bu, Azərbaycan, Qazaxıstan və Belarus klublarının futbol üzrə Rusiya çempionatında iştirakı üçün ilk təklif deyil. Ancaq hələlik bu ölkələrin klublarına rəsmi dəvət göndərilməyib.

Eləcə də oxuyun:

Teqlər:
futbol, Rusiya, Azərbaycan, "Neftçi", "Qarabağ"

Əsas mövzular