BAKI, 13 iyul — Sputnik. Azərbaycanın Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində qadın bayraqdarı açıqlanıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, üçrəngli bayrağı cüdoçu Rustam Orucovla birlikdə taekvondoçu Fəridə Əzizova daşıyacaq.
Qadın və kişi bayraqdarların birgə addımlaması barədə qərar yay olimpiya oyunları tarixində ilk dəfə Tokio-2020-də qüvvəyə minəcək. Bu yenilik gender bərabərliyi prinsipinə uyğun tətbiq ediləcək.
Açılış mərasimi iyulun 23-də, bağlanış isə avqustun 8-də olacaq.
Transgenderlər məsələsi
Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunlarında bir sıra başqa yeniliklər də baş verib. Məsələn, Tokio Olimpiadasında 43 yaşlı yeni zelandiyalı ağır atlet, 2012-ci ildə cinsini dəyişmiş Urpeo Habbard iştirak edəcək. O, Tokio Olimpiadasında qadınların yarışına qatılacaq.