Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Mançini: İsti hava italyanlara Uels yığması ilə oyunda daha çox qol vurmağa mane oldu

© Valerio Pennicino - Powered by Getty Images/UEFAРоберто Манчини
Роберто Манчини - Sputnik Azərbaycan, 1920, 21.06.2021
Abunə olmaq
İtaliya millisinin baş məşqçisi əmindir ki, çətin hava şəraiti Romadakı oyunun nəticəsinə təsir edib.

İsti hava italyanlara Avropa çempionatında Uels yığması ilə oyunda daha çox qol vurmağa mane oldu. UEFA saytında verilən xəbərə görə, bunu İtaliya millisinin baş məşqçisi Roberto Mançini deyib.

1/8 finala vəsiqəni əvvəlcədən təmin etmiş İtaliya millisi qrup mərhələsində 9 xal toplayaraq 1-ci yerdə qərarlaşıb. Uels yığması 4 xalla qrupun ikincisidir və pley-off mərhələsinə çıxır.

"Yəqin ki, biz daha çox qol vura bilərdik, lakin hava isti idi və bu, fiziki cəhətdən çətin idi. Odur ki, oyunçular yaxşı oyun nümayiş etdirdilər. Vacib olan odur ki, komanda hətta üç-dörd oyunçu dəyişdirildikdən sonra da yaxşı xüsusiyyətlərini qoruyub saxlaya bilsin. Onların hər biri nə etməli olduğunu yaxşı bilir, yerlərin dəyişməsindən cəm dəyişmir. Hər bir oyunçu start heyətində meydana çıxmaq hüququnu sübut etdi. Qalib gəlmək vacib deyildi, bu da oyuna yanaşma cəhətdən məsələni bir qədər qəlizləşdirdi. Lakin biz yenə də qələbəyə can atırdıq və bu çox vacib məqamdır", - deyə Mançini deyib.

"Biz açıq oynamaq və buna görə iki-üç qol buraxmaq istəmirdik. Fasilədə hücumdakı trioya ümid bəsləyirdik. Lakin azlıqda qaldıqdan sonra, əlbəttə ki, çətin oldu. Müdafiədə yaxşı oynadıq. Bəli, bu məğlubiyyətdir, lakin məqsədimiz qrup mərhələsini adlamaq idi və biz qrupda ikinci olduq", – deyə Uels yığmasının baş məşqçisi Robert Peyc bildirib.

İtaliya millisi 30 oyundur ki, məğlubiyyətsiz oynayır. Bu, "skuadro adzurro"nun ötən əsrin 30-cu illərində Vittorio Potsonun rəhbəriyi altında nail olduğu nəticənin təkrarıdır.

"Bundan əlavə, Potso bir çox vacib titullara da sahib olub. Odur ki, bizim hələ onun səviyyəsinə çatmağımıza çox var. 1/8 finalın hər bir iştirakçısı çempionatın qalibi ola bilər. Əlbəttə, biz hər bir qələbəni qanunauyğunluq kimi qəbul edə bilmərik", – deyə Mançini qeyd edib.

Xəbər lenti
0