20:44 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İDMAN
Qısa URL
5

Uels yığmasının lideri komandanın Avropa çempionatında İsveçrə komandasına qarşı keçirəcəyi ilk oyundan gözləntilərini dilə gətirib.

BAKI, 11 iyun — Sputnik. Futbol üzrə Uels yığma komandasının kapitanı Qaret Beyl Bakıda olmasından çox həyəcanlıdır. Sputnik Azərbaycan xəbər verir ki, futbolçu bunu oyun ərəfəsində keçirilən mətbuat konfransında deyib.

Xatırladaq ki, iyunun 12-də Bakı Olimpiya Stadionunda Uels millisi AVRO-2020-nin qrup mərhələsinin ilk oyununda İsveçrə komandası ilə qarşılaşacaq.

Komandanın kapitanı Qaret Beyl bildirib ki, onun komandası AVRO-2020 oyunlarına hazırdır.

"Bakıda, AVRO-2020 oyunlarında olmağımızdan çox həyəcanlıyq. Oyunumuza bir gün qalıb. Artıq bir neçə gündür ki, burada məşq edirik, ciddi iş aparırıq. Mən, bütün komanda kimi, özümü yaxşı hiss edirəm", - deyə Beyl bildirib.

İsveçrə komandasının qrupun favoriti hesab olunması barədə suala Uels yığmasının kapitanı belə cavab verib:

"Mənim üçün bu problem deyil. Hər kəsin şəxsi fikri ola bilər. Biz diqqətimizi öz oyunumuza cəmləmişik və nəticə üçün əlimizdən gələni edəcəyik", - deyə uelsli bildirib.

Rəqiblərinə gəldikdə, Beyl bildirib ki, onların hər biri ilə oyun asan olmayacaq.

"Rəqiblərimizin hamısı çox güclüdür. Biz hamımız İtaliya yığmasının gücünə bələdik. İsveçrəlilər də ən güclü komandalar sırasındadır. Türkiyə yığmasının da hesabında güclü komandalar üzərində qələbələr var. Odur ki favoritin kim olduğunu demək çətindir, hər bir rəqiblə oyun çətin olacaq", - deyə Beyl bildirib.

Onun sözlərinə görə, komanda üzvləri ilə birlikdə cümə günü, iyunun 11-i, Bakı vaxtilə saat 23.00-da başlanacaq ilk oyuna – İtaliya və Türkiyə komandaları arasında qarşılaşmaya baxacaqlar.

Daha sonra Uels millisinin kapitanı komandasının hoteldə nə ilə məşğul olduğunu da dilə gətirib.

"Biz hoteli tərk edə bilmiirk. Odur ki boş vaxtımızda bilyard, tennis, hərdən kart oynayırıq. Əhvalımızı yaxşılaşdırmağa çalışırıq. Əlbəttə, bütün günü hoteldə qalmaq asan deyil, amma nə etməli?!", - deyə Beyl bildirib.

Bakıda keçiriləcək AVRO-2020 oyunları

Bakı Olimpiya Stadionunda ümumilikdə dörd oyun keçiriləcək. Bunlar "A" qrupunda İsveçrə-Uels (12 iyun), Türkiyə-Uels (16 iyun) və İsveçrə-Türkiyə (20 iyun) oyunlarıdır. Bundan əlavə, iyulun 3-də Bakıda AVRO-2020 ¼ final oyunlarından birinin keçirilməsi də nəzərdə tutulub.

Əsas mövzular