Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Tokio olimpiadası ləğv edilə bilər: Baş nazir istisna etməyib

© AP Photo / Hiro KomaeОлимпийские кольца в Токио, фото из архива
Олимпийские кольца в Токио, фото из архива - Sputnik Azərbaycan, 1920, 09.06.2021
Abunə olmaq
Yaponiyanın Baş naziri Yoşihide Suqa deyib ki, insanların həyatını qorumaq onun borcudur və əgər bunu edə bilmirlərsə, oyunları keçirməyəcəklər.

BAKI, 9 iyun — Sputnik. Yaponiyanın baş naziri Yoşihide Suqa Tokio-2020 Yay Olimpiya Oyunlarının ləğvi üçün ilkin səbəbi açıqlayıb.

Sputnik Azərbaycan Report-a istinadla xəbər verir ki, nazir bunun təhlükəsizliklə bağlı olduğunu bildirib.

Suqa deyib ki, insanların həyatını qorumaq onun borcudur: "Bunu edə bilmiriksə, Oyunları keçirməyəcəyik. Bu, mənim məsuliyyətimdir. İnsanların həyatını qoruya bilməsəm, deməli, olimpiada gerçəkləşməyəcək. Təbii ki, bu, ilkin şərtdir".

Hazırda Yaponiyada koronavirus səbəbindən çətin epidemioloji vəziyyət davam edir. Ölkədə fövqəladə vəziyyət rejimi iyunun 20-dək uzadılıb.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları 2020-ci il 24 iyul - 9 avqustda keçirilməli idi. Oyunlar koronavirus pandemiyası üzündən bu il 23 iyul - 8 avqusta təxirə salınıb.

Xəbər lenti
0