19:37 20 İyun 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0259
  • RUB0.0235
İDMAN
Qısa URL
117

Bu yarışda gümüş və bürünc medallar müvafiq olaraq 18,000 və 17, 800 bal toplamış Rusiya və Macarıstan komandaarına qismət olub.

BAKI, 29 may - Sputnik. Azərbaycanın aerodans komandası Bakıda keçirilən aerobika üzrə dünya çempionatında qızıl medal qazanıb.

Komandamızın üzvləri hakimlərdən 18,400 bal alıblar.

Tərkibi Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli və Ayxan Əhmədovdan ibarət komanda daha əvvəl Avropa çempionu olub.

Bu yarışda gümüş və bürünc medallar müvafiq olaraq 18,000 və 17, 800 bal toplamış Rusiya və Macarıstan komandaarına qismət olub.

Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 16-cı dünya çempionatı davam edir.

Qeyd edək ki, yarış Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar mövcüd karantin qaydalarına əsasən azarkeşlərsiz keçirilir.

Əsas mövzular