13:00 19 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0223
  • EUR2.0328
İDMAN
Qısa URL
13 0 0

Şimali Koreya lideri Kim Çen In bundan əvvəl olimpiadaya komanda göndərəcəklərini bəyan etmişdi. Onun sonuncu qərarı dünyanın idman ictimaiyyətini növbəti dəfə təəccübləndirib.

BAKI, 6 aprel — Sputnik. Şimali Koreya bu il Tokioda keçirilməsi planlaşdırılan Yay Olimpiya Oyunlarında iştirakdan gözlənilmədən imtina edib. Bu barədə Rusiya mediası məlumat yayıb.

Məlumata görə, bu qərar martın 25-də Pxenyanda keçirilən Şimali Koreya Olimpiya Komitəsinin Baş Assambleyasının iclasında qəbul edilib. KXDR-in Olimpiadada iştirakdan imtina etməsi idmançılarını qlobal koronavirus pandemiyasından qorumaq istəyi ilə bağlıdır.

"Koreya Xalq Demokratik Respublikası idmançılarımızı koronavirusla əlaqəli qlobal sağlamlıq böhranından qorumaq üçün onların 32-ci Beynəlxalq Olimpiada Oyunlarına qatılmamasına dair qərar verib", – deyə məlumatda bildirilir.

Sputnik Türkiyə isə bu qərarın Tokio Olimpiadasının Təşkilat Komitəsi tərəfindən təəccüblə qarşılandığını yazıb. Komitənin səlahiyyətli nümayəndəsi qərarı şərh edərkən "Belə bir addım atacaqlarını təxmin etməmişdik, bizim üçün gözlənilməz oldu", - deyə bildirib.

Qeyd edək ki, Şimali Koreya lideri Kim Çen In bundan əvvəl olimpiadaya komanda göndərəcəklərini bəyan etmişdi. Onun sonuncu qərarı dünyanın idman ictimaiyyətini növbəti dəfə təəccübləndirib. 

Xatırladaq ki, Olimpiya və Paralimpiya oyunları Tokioda 2020-ci ilin yayında baş tutmalı idi, ancaq pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb. Olimpiada oyunlarının 23 iyul - 8 avqust, paralimpiya oyunlarının isə 24 avqust - 5 sentyabr arasında keçiriləcəyi nəzərdə tutulur.

Əsas mövzular