12:53 21 Aprel 2021
Canlı yayım
  • USD1.7000
  • EUR2.0446
  • RUB0.0221
İDMAN
Qısa URL
16 0 0

Boksçular arasında ilk görüş 1996-cı ildə olub. O vaxt Holifild qələbə qazanmışdı. Bir il sonra revanş zamanı Tayson rəqibinin qulağını dişləyib qoparmışdı

BAKI, 24 mart - Sputnik. Boks üzrə keçmiş dünya çempionu Evander Holifildin meneceri Kris Lourens bildirib ki, sabiq mütləq dünya çempionu Mayk Tayson görüş üçün nəzərdə tutulan 25 milyon dollardan imtina edib.

Sputnik Azərbaycan MMA Fighting-ə istinadən bildirir ki, Taysonun köməkçiləri imtinanın səbəbini açıqlamayıblar. 

"Elə bilirdik ki, bu müqavilə artıq imzalanmağa hazırdır. Ancaq Taysonun adamları təkliflərimizi geri çevirdilər. Biz danışıqları vicdanla aparırdıq. Belə görünür ki, vaxt itirmişik", - Lourens deyib. 

Boksçular arasında ilk görüş 1996-cı ildə olub. O vaxt Holifild qələbə qazanmışdı. Bir il sonra revanş zamanı Tayson rəqibinin qulağını dişləyib qoparmışdı. Döyüş dayandırılmış, Taysonu diskvalifikasiya edərək 3 milyon dollar cərimələmişdilər.

Tayson peşəkar karyerasında 58 döyüş keçirmiş, bunların 50-də qələbə qazanmışdı (44-nü nokautla). Mayk iki dəfə uduzub, iki görüşü isə baş tutmamış elan olunub. Ötən ilin noyabrında Tayson yarımağır çəkidə keçmiş mütləq çempion bala Roy Consonla döyüş keçirmişdi. Görüş heç-heçə bitmişdi. 

Holifild isə karyerası ərzində 44 qələbə (29-u nokautla) qazanıb, on dəfə uduzub, iki dəfə heç-heçə edib. Bir oyunu baş tutmamış sayılıb. 2011-ci ilin mayından peşəkar boksda çıxış etməyib.

Teqlər:
müqavilə, imtina, milyon dollar, Mayk Tayson

Əsas mövzular