Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanın ilk peşəkar boksçusu: "Həbsxanada olanda 7 il hər gün beynimdə vuruşdum"

© Sputnik / Shahperi AbbasovaAzərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədov
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədov - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Abunə olmaq
"Müəyyən nailiyyət əldə etdikdən sonra başlayırlar o restoran mənim, bu bar sənin... Sonra da ayılırlar ki, artıq qatar gedib, qazandıqlarını da itirirlər, sonra da taksi sürücüsü işləyirlər"

Şahpəri Abbasova. Sputnik Azərbaycan

BAKI, 6 fevral — Sputnik. Fariz Məmmədov - Azərbaycanın ilk peşəkar boksçusu, peşəkar boks üzrə dünya və Avropa çempionu... Onun həyatı qorxulu bir filmə bənzəyir desək, yanılmarıq. Elə özü də "arxaya baxmağa qorxuram, mən bunları necə yaşamışam?" deyir. 5 yaşından idmanın müxtəlif növləri - güləş, karate, kikboks və peşəkar boksla məşğul olan Farizin uşaqlıq illəri müharibə dönəminə təsadüf edir. 12 yaşından 745 nömrəli batalyona qoşulan gələcəyin məşhur idmançısı həyat hekayəsini Sputnik Azərbaycan-la bölüşdü:

"Təbii fəlakətlər, xəstəliklər gəldi-gedərdir, amma müharibənin fəsadları unudulmur. 5- ci sinifdə oxuyanda məktəbi tərk etdik. Həmyaşıdlarım digər rayonlarda məktəb çantası daşıyanda mən böyük qardaşlarımla müharibəyə getdim. Milli Qəhrəman Allahverdi Bağırov adına könüllülər dəstəsində idim. Əsgərlər məni görüb təəccüblə qarşılamışdılar. Mənim ölçümə uyğun paltar, ayaqqabı və avtomat verdilər. Onlardan xahiş edirdim ki, məni tanka, BRDM-ə mindirin. Ən qızğın döyüş yerlərinə gedirdik. Mənim uşaqlığım budur. Avtomatla, döyüşlə, müharibə ilə dolu. Başqa uşaqlığım yoxdur. Uşaqlığımı yaşamamışam".

"Müharibə məndən uşaqlığımı aldı. Amma əvəzində mənə möhkəm iradə qazandırdı" deyən həmsöhbətimiz İkinci Vətən müharibəsində iştirak etmək istəyib: "Müharibənin ilk həftələrində inanmırdım ki, müharibə davam edər. İnanmırdım ki, bunda marağı olan ölkələr imkan verələr. Fikrimcə, müharibədə udan olmur, çünki itkilərimiz var. Mən 12 yaşında vuruşmuşdum. Hərbi səfərbərliyə yazıldım, dostlarım deyirdilər ki, getmə, başına iş gələr. 5 yaşlı oğluma dedim ki, "mən müharibəyə gedəcəm, yazılmışam. Artıq evin kişisi sənsən". Mənə çox maraqlı cavab verdi, dedi ki, "getmə, qorxuram uduzarsan".

© Sputnik / Shahperi AbbasovaAzərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədov
Azərbaycanın ilk peşəkar boksçusu: Həbsxanada olanda 7 il hər gün beynimdə vuruşdum - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədov

Müharibədən sonra bir çox uğurlara imza atan boksçunun həyatında böyük bir dönüş oldu. Həbsxana həyatı onun qazandığı bütün nailiyyətlərinin üzərindən xətt çəkir. Amma bu da onu sındırmır, əksinə, daha da irəli addımlamağına rəvac verir: "Həbsxanada olanda ilk günlər siqaret çəkməyə başladım. Sonra düşündüm ki, axı bu nə iradəsizlikdir? Axı mən idmançıyam. Həbs olunanda mənim bütün titullarımı əlimdən almışdılar. Düşündüm ki, axı nə olsun, mənim titullarım əlimdən alınıb? Axı dünyanın sonu deyil. Mən cinayətkar kimi düşməmişdim. Məni Azərbaycanın ilk peşəkar boksçusu, 12 yaşından Vətən uğrunda vuruşan insan kimi tanıyırlar".

"Həbs vaxtı qazancım itirdiyimdən daha çox oldu. Artıq əsl dostlarımı tanıdım. Elə dostlarım var idi ki, onlar mənim adımı çəkməyə belə qorxurdular. İllər keçdi, mən həbsxanadan çıxdım, həmin adı da qaytardım, əvvəlkindən də böyük uğur qazandım. Əvvəl qitələrarası çempion idim, indi isə dünya çempionuyam. Yəni heç nəyə heyfsilənməmişəm", - deyə Fariz Məmmədov əlavə edir.

Hər bir uğurun təməlində inam dayanır. Qəhrəmanımız hər gün itirdiyi qalibiyyətlərini yenidən qaytaracağı ümidi ilə yaşayıb. Həbsxana yoldaşlarına "mən yenidən çempion olacam" deyirmiş: "Həbsxanada olanda nardaranlı dostuma dedim ki, "mən çıxacam, yenə də çempion olacam". Dostum da dedi, "qədeş, yaxşı da, sən hara, çempionluq hara? Divarların nəmişliyi hələ canından getməyib, sən çempion olacaqsan?" Deyirdim, mən 23 ilimi 7 ilə qurban vermərəm. 7 il hər gün beynimdə vuruşdum".

Həbsdən azad olunandan sonra sanki böyük bir boşluğa düşən müsahibimiz Almaniyaya yollanır. Elə hər şey də bundan sonra başlayır. Farizin həyatında yeni bir səhifə açılır: "Almaniyada dostumun yanına getdim. Ondan xahiş elədim ki, məni idman zalına apar. İdman zalında məşqçilər, idman mütəxəssisləri var idi. Məşq prosesinə başladım. Özüm də, zaldakılar da təəccüb içində idilər ki, 7 il məşq etməmiş adam necə belə vuruşa bilər? Bu, bir möcüzə idi. Məşqdən sonra mənə dedilər, may ayında yarış var, iştirak etməlisən. Cəmi 2 ayımız var idi. Dedim, çox tezdir, mən müayinə olunmalıyam, məşq etməliyəm. Mənə ən azı 6 ay lazım idi".

© Sputnik / Shahperi Abbasova
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kubok və diplomu - Sputnik Azərbaycan
1/4
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kubok və diplomu
© Sputnik / Shahperi Abbasova
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri - Sputnik Azərbaycan
2/4
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri
© Sputnik / Shahperi Abbasova
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri - Sputnik Azərbaycan
3/4
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri
© Sputnik / Shahperi Abbasova
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri - Sputnik Azərbaycan
4/4
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri
1/4
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kubok və diplomu
2/4
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri
3/4
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri
4/4
Azərbaycanın ilk peşəkar boksuçu Fariz Məmmədovun kəməri

Farizin boynuna böyük bir yük qoyulur. Amma peşəkar boksçu bundan üzüağ çıxır: "Ulu öndərin doğum günü ərəfəsi idi, dedilər, yarış olacaq, Azərbaycan diasporası həmin yarışı təşkil edir. Sən həmin yarışda iştirak etməlisən. Mənə bir neçə ölkədən rəqibləri təqdim etdilər, dedilər, seç. Onların içində Avstriyada yaşayan erməni əsilli idmançı var idi. Mən onu seçdim. Dedim, bu Allahın mənə verdiyi şansdır. İstəyirdim, bununla həm az da olsa qisasımı alım, həm də xalqıma sübut edim ki, mən heç vaxt xalqıma xəyanət etməmişəm, etmərəm də. Çoz böyük risk idi. Hər şeyi itirmiş adam idim. Ondan sonra itirəcəyim heç nə yox idi. Uduzsam da deyəcəkdilər ki, "guya siz Farizdən nə gözləyirdiniz ki?" Amma anam da, dostlarım da deyirdilər ki, "uduzsan, Azərbaycana gəlmə". Mən onsuz da gəlməyəcəkdim. Çox şükür ki, qalib gəldim".

Fariz Məmmədovun fikrincə, firəvan həyat sürən insan böyük nailiyyətlər qazana bilməz:

"Oğlanlarımın ikisinin də marağı var, xüsusən böyük oğlumun. Amma inanmıram ki, onlar mən qazanan uğurları qazansınlar. Yağla-balla yaşayan insandan böyük uğurlar gözləmirəm. Əslində, heç istəmərəm ki, onlar boksçu olsunlar. Elm adamı olsunlar, idmançı olmaq çox əziyyətlidir. Mən başımdan o qədər zərbələr almışam ki, eyni şeyin övladlarımda təkrarlanmasını istəmərəm".
© Sputnik / Shahperi AbbasovaFariz Məmmədov WBO versiyası üzrə kəməri
Azərbaycanın ilk peşəkar boksçusu: Həbsxanada olanda 7 il hər gün beynimdə vuruşdum - Sputnik Azərbaycan, 1920, 06.02.2021
Fariz Məmmədov WBO versiyası üzrə kəməri

"Çempion olmaq asandır, yoxsa çempionluğu qoruyub saxlamaq?" sualına idmançının cavabı belə oldu: "İnsan öz nəfsinə üstün gəlsə, hər şeyin öhdəsindən gələr. Bəzən baxırsan, idmançı hansısa bir uğuru əldə etmək üçün min əzaba qatlaşır. O uğuru əldə edir, keçdiyi əzablı yolları unudur. "Vəssalam, mən çempionam" deyib özü də bilmədən qalxdığı o zirvədən yuvarlanır. Sən idmançısansa, sənin səhv etməyə haqqın yoxdur".

"Müəyyən nailiyyət əldə etdikdən sonra başlayırlar o restoran mənim, bu bar sənin... Sonra da ayılırlar ki, artıq qatar gedib, qazandıqlarını da itirirlər, sonra da taksi sürücüsü işləyirlər. Deyirəm, "ay bədbəxt, sən milyonlarla insanın qürurusan. Sən hansı haqla onların ümidlərini puç edə bilərsən? İdmançının öz həyat tərzi olmalıdır. Mən rəhbərlik etdiyim klubun idmançıları ilə də bu barədə danışıram".

Pandemiya kabusu idmançılardan da yan keçməyib. Fariz Məmmədov bu problemə görə Operativ Qərargahın qərarlarından narazı olduğunu dilə gətirdi: "9 aydır ki, zallar bağlıdır, məşqlər, təlim-məşq toplantıları, yarışlar yoxdur. Bu məsələdə aidiyyatı qurumlar da günahkardır. Yaxşı bəhanələri var - pandemiyadır. Bildik də pandemiyadır. TƏBİB-ə müraciət elə, idmançıları, məşqçiləri və s. müayinə eləsin, zalı dezinfeksiya eləsin, zalı da bağlasın. İdmançılar məşqlərini etsinlər".

Xəbər lenti
0