Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Yaponiya Azərbaycandan dəstək istəyib

© AFP 2023 / CHARLY TRIBALLEAUЛоготип Олимпийских игр в Токио-2020, фото из архива
Логотип Олимпийских игр в Токио-2020, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yaponiya Nazirlər Kabineti Baş katibi Katsunobu Kato idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadrlarını Yaponiyaya göndərməsini xahiş edib

BAKI, 29 yanvar - Sputnik. Yaponiya təşkilati işlərdə böyük təcrübəsi olan ölkələrdən Tokio 2020 Olimpiya oyunlarının keçirilməsində dəstək istəyib. Yaponiya Nazirlər Kabineti Baş katibi Katsunobu Kato tərəfindən edilən müraciətdə  idman yarışlarının keçirilməsi istiqamətində böyük təcrübəsi olan ölkələrin kadrlarının Yaponiyaya göndərilməsi kimi müraciət öz əksini tapıb.

Görüş - Sputnik Azərbaycan
Hərbi sahədə Yaponiyadan da söz aldıq

Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətə cavab olaraq Gənclər və İdman naziri Azad Rəhimov Azərbaycanın 2015- ci ildə ilk Avropa Oyunları, 2017-ci ildə İV İslam Həmrəyliyi Oyunları, 2016, 2017, 2018, 2019-cü illərdə Formula 1, 2019-cu ildə XV Avropa Gənclər Olimpiadası kimi beynəlxalq yarışlara çox böyük uğurla ev sahibliyi etdiyini bildirib. Bu məqsədlə, nazir Tokioda baş tutacaq Olimpiya oyunlarında Azərbaycanın təcrübəli kadr potensialı ilə dəstək göstərməsinin mümkünlüyünü qeyd edib. 

Öz növbəsində nazir Azad Rəhimov bildirib ki, Azərbaycan idman yarışlarının keçirilməsi baxımından istər texniki, istərsə də təşkilati məsələlərdə kifayət qədər böyük təcrübəyə malik ölkədir. Azərbaycanın bütün qeyd olunan mötəbər tədbirlərdə çalışan əməkdaşlarından ibarət məlumat bazası var və münasib olaraq bizim mütəxəssislər aidiyyatı sahələr üzrə Yaponiya tərəfə təqdim olunacaqlar.  

Qeyd edək ki, hal-hazırda idman yarışlarında texnologiya, nəqliyyat, idman məkanlarının idarə olunması, könüllülərlə iş və s. sahələrdə çalışan yerli kadrlarımız var və onlar vaxtaşırı müxtəlif beynəlxalq yarışlara dəvət alır, öz bilik və təcrübələrini müvəffəqiyyətlə həyata keçirirlər.

Xəbər lenti
0