08:12 24 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İDMAN
Qısa URL
1510

Başa çatan mövsümdə "Mercedes" komandasında çıxış edən Hemilton karyerasında yeddinci çempionluğunu bayram edib. Bununla o, əfsanəvi Mixael Şumaxerin nəticəsini təkrarlayıb

BAKI, 31 dekabr - Sputnik. Formula-1-in yeddiqat çempionu Lüis Hemilton cəngavər tituluna lalyiq görülüb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, onun adı ənənəvi Yeni il kral mükafatları siyahısına salınıb. Britaniyalı pilotdan savayı, siyahıda COVID-19-la aktiv mübarizə aparan şəxslərin də adı var. Təltifetmə mərasimi dekabrın 31-i baş tutub. 

Hemilton cəngavər titulu alan dördüncü britaniyalı pilotdur. Ondan əvvəl Cek Brebem, Stirlinq Moss və Ceki Stüart ser tituluna layiq görülüblər.

Bundan öncə Lüis Hemilton BBC Sport-un versiyasına görə "İlin adamı" seçilib. Lüis bu mükafatı karyerası ərzində ikinci dəfə qazanıb. Bundan başqa, Formula-1 komandalarının rəhbərləri arasında keçirilən anonim səsvermənin nəticələrinə görə ilin ən yaxşı pilotu seçilib. 

Başa çatan mövsümdə "Mercedes" komandasında çıxış edən Hemilton karyerasında yeddinci çempionluğunu bayram edib. Bununla o, əfsanəvi Mixael Şumaxerin nəticəsini təkrarlayıb. O, həmçinin alman pilotun Qran-pri mərhələlərindəki qələbə rekordunu da qırıb. Ümumilikdə Hemilton 95 qələbə və 98 poul-mövqeyə sahibdir.

Teqlər:
Böyük Britaniya, cəngavər, çempion, Formula-1, Luis Hamilton

Əsas mövzular