21:11 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İDMAN
Qısa URL
21 0 0

Daha əvvəl vəkili Maradonadan DNT nümunələrinin götürüldüyünü söyləsə də, məhkəmə əfsanəvi futbolçunun meyitinin yaxın vaxtlarda yandırılmaması barədə qərar verib.

BAKI, 17 dekabr — Sputnik. Əfsanəvi futbolçu Dieqo Maradonanın meyitindən DNT testi üçün nümunə götürüləcək.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Argentina məhkəməsi qərar verib.

Maradonanın ölümündən sonra qohumları və dostları arasında miras davası çıxıb. Sabiq baş məşqçinin yalnız 5 rəsmi övladının olmasına baxmayaraq, onun övladı olduğunu bildirən bir neçə nəfər DNT testi üçün müraciət edib. Son olaraq 25 yaşlı Maqali Gil onun qızı olduğunu iddia edib.

Daha əvvəl vəkili Maradonadan DNT nümunələrinin götürüldüyünü söyləsə də, məhkəmə əfsanəvi futbolçunun meyitinin yaxın vaxtlarda yandırılmaması barədə qərar verib.

Qeyd edək ki, Dieqo Maradona noyabrın 25-də 60 yaşında evində ürək çatışmazlığından vəfat edib.

Teqlər:
dava, miras, test, DNT, meyit, futbolçu, Dieqo Armando Maradona

Əsas mövzular