16:16 17 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0232
  • EUR2.0652
İDMAN
Qısa URL
11 0 0

Əgər furbolçular vaxtında sağalmasa, Premyer Liqanın XII turunun qarşılaşması təhlükə altına düşəcək.

BAKI, 13 dekabr - Sputnik. "Sumqayıt" futbol klubunu futbolçularının növbəti koronavirus testlərinin nəticələri bəlli olub.

Sputnik Azərbaycan xəbər verir ki, klubun test verən 16 oyunçusundan yalnız altısında nəticələr neqativ çıxıb. 

Digər 10 futbolçuda isə test növbəti dəfə pozitiv nəticə göstərib. Lakin həmin oyunçuların problemi yaxın günlərdə arxada qoyacağı gözlənilir. Çünki onlar 14 günlük karantin dövrünü bitirməkdədir və yaxın günlərdəki testin neqativ nəticələnəcəyi ehtimal edilir. 

Əgər bu baş verməsə, Premyer Liqanın XII turunun qarşılaşması təhlükə altına düşəcək. Dekabrın 20-də “Zirə”yə qarşı keçiriləcək səfər matçınadək testi pozitiv nəticələnən oyunçuların sayı 7-dən az olmada, qarşılaşma yenidən təxirə salına bilər.

Əsas mövzular