05:41 22 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
4 0 0

Finlərin məşhur bombardiri Teemu Pukki bu dəfə qol vurmasa da bu, ev sahiblərinə inamlı qələbə qazanmağa mane olmayıb.

UEFA Millətlər Liqasında Finlandiya millisinin oyunçuları öz meydançalarında Bolqarıstan komandasını məğlub ediblər.

B Liqasının 4 qrupunun oyunu bazar günü Helsinkidə baş tutub. 2:0 hesabı qeydə alınan oyunda qolları Robert Teylor (52`) və Fredrik Yensen (67`) vurublar.

AVRO-2020-də B qrupunda rusların rəqibi olan finlər 6 xalla qrup ikincisidirlər, bolqarlar 1 xalla sonuncudurlar.  

B liqasının 1 qrupundakı paralel oyunda Norveç Rumıniyanı 4:0 hesabıyla darmadağın edib. Erlinq Holann het-trik edib, bir qolu isə Aleksandr Serlot vurub.

C Liqasının oyunları:

2 qrupu

Ermənistan – Gürcüstan – 2:2

Estoniya – Şimali Makedoniya – 3:3

4 qrupu

Litva – Belarus - 2:2.

Əsas mövzular