11:14 01 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
31450

İstanbulun “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Avropa Liqasının təsnifat mərhələsində qarşılaşacaqları “Neftçi” ilə oyundan gözləntilərini açıqlayıb

BAKI, 16 sentyabr — Sputnik, Teymur Tuşiyev. İstanbulun “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Azərbaycanı sevdiyini etiraf edib və bildirib ki, yetirmələri özlərini Bakıda evlərindəki kimi hiss edirlər.

Sputnik Azərbaycan bildirir ki, bu barədə İmperator ləqəbli məşqçi Avropa Liqasının ikinci təsnifat mərhələsində qarşılaşacaqları “Neftçi” komandası ilə oyundan öncəki mətbuat konfransında deyib.

Əfsanəvi türk mütəxəssis qeyd edib ki, Azərbaycan komandası ilə oynayacaqlarını  biləndə çox sevinib.

“İllər sonra yenidən Bakıya gəldiyimçün çox şadam. Özümüz üçün yad olmayan bir ölkədə oynayacağımızı eşidəndə sevindim. Biz Azərbaycanın bizə olan sevgisinə heç vaxt şübhə etməmişik, özüm də bu ölkəni çox sevirəm. Bakıda bizi hərarətlə, sevgiylə qarşıladılar, özümüzü evdəki kimi hiss edirik. Amma meydançada hamı qələbə istəyir”, - Fatih Terim deyib.

“Neftçi” ilə oyuna gəlincə, mütəxəssis hesab edir ki, yetirmələrinin işi asan olmayacaq.

“Bizi vacib oyun gözləyir. “Neftçi” yaxşı komandadır, ona görə çox diqqətliyik. Son üç mövsümdə komanda eyni səviyyədə oynayır. Komandada Yusuf Laval və Emin Mahmudovu qeyd etmək istərdim. Stiven Jozef-Monroz və Tallison da əsas oyunçulardandır”, - Terim  vurğulayıb.

Bundan başqa, “Qalatasaray”ın baş məşqçisi Ağdamın “Qarabağ” klubuna Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Norveçin “Mölde” komandasına qarşı oyunda uğurlar arzulayaraq məhz Azərbaycan çempionunun növbəti mərhələyə adlayacağına ümid etdiyini deyib. O, həmçinin gələcəkdə komandasının Bakıda oynayacağına, yaxud burada təlim-məşq toplanışı keçirəcəyinə dair də ümid bəslədiyini bildirib. 

“”Qalatasaray”ın azarkeşi çoxdur, amma azərbaycanlı azarkeşlərin sevgisi bir başqadır. Mən söz verə bilərəm ki, “Qalatasaray” hələ Azərbaycanda oynayacaq. Bircə pandemiya bitsin. Ola bilsin ki, Azərbaycandakı fanatlarımızı sevindirmək üçün burada bir oyun oynadıq, ya da təlim-məşq toplanışına gəldik. Bütün bunlar bitəndə sosial məsafəni isti atmosferə çevirərik”, - Terim deyib.

O həmçinin qeyd edib ki, İstanbul klubunun skautları azərbaycanlı futbolçuların perspektivlərini daim izləyirlər. Terim onu da xatırladıb ki, gələn il Türkiyə millisi Bakıda futbol üzrə Avropa çempionatının iki matçını keçirəcək.

“Ümid edirəm ki, Türkiyə millisinin  Bakıdakı oyunları azarkeşlərin iştirakı ilə keçəcək. Mənimlə millimiz Bakıda oynayıb, o vaxt tribunalarda 40-50 min azarkeş vardı. Bizim yığma üçün buralarda, doğma yerdə oynamaq böyük üstünlükdür”, - Terim əlavə edib. 

Avropa Liqasının ikinci təsnifat mərhələsində “Neftçi” – “Qalatasaray” oyunu sentyabrın 17-də saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

Əlaqədar

Fatih Terim "Qalatasaray" oyunçularına "Neftçi"nin zəif və güclü tərəflərini göstərib
"Beşiktaş"dan görüş öncəsi üzücü xəbər - COVID-19-a yoluxma qeydə alındı
"Qarabağ"ın Çempionlar Liqasındakı qalmaqallı görüşünün məkanı bəlli oldu
Bakı klubu Azərbaycandan qaçan futbolçu ilə müqaviləni pozacaq
Ronaldo vurduğu qollarla azərbaycanlının rekorduna yaxınlaşır

Əsas mövzular