18:24 23 Sentyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
14610

Qazaxıstanlı baş hakimin assistenti Sergey Kalaçev "Qarabağ" ilə "Şerif" arasındakı oyunu idarə etməli idi.

BAKI, 26 avqust — Sputnik, Teymur Tuşiyev. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Ağdamın "Qarabağ" və Moldovanın "Şerif" klubları arasında keçiriləcək matçın qazaxıstanlı hakiminin koronavirus testi müsbət nəticə verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kazfootball" saytı yazır.

Görüşü Furkat Atajanov başda olmaqla Qazaxıstandan olan hakimlər briqadası idarə etməli idi. Lakin baş hakimin Atıraudan olan assistenti Sergey Kalaçevdə koronavirus aşkar edilib. Bu səbəbdən Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) Azərbaycan və Moldova çempionları arasında oyunu idarə etməli olan hakimlər briqadasını əvəzləyib.

Qazaxıstanlıların əvəzinə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin oyununu Nikolay Balakinin başçılığı ilə Ukraynadan olan hakimlər idarə edəcək. Matç avqustun 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Əsas mövzular