Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycanlı kikboksçu Konor Makqreqorla döyüşmək niyyətini bəyan edib

Abunə olmaq
Azərbaycanlı peşəkar kikboksçusu "UFC üzrə ən nüfuzlu təşkilatda çıxış etsəydi, kimlərlə döyüşmək istəyərdi" sualına cavab verib.

BAKI, 16 may — Sputnik, Teymur Tuşiyev. Azərbaycan kikboksçu Alim Nəbiyev UFC üzrə eks-dünya çempionu, irlandiyalı Konor Makqreqorla mübarizə aparmaq istəyir. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə "Kick record" məlumat yayıb.

Azərbaycan idmançı Alim Nəbiyev "əgər UFC-də çıxış etsə, kiminlə mübarizə aparmaq istəyərdi" sualını cavablandırarkən deyib ki, UFC üzrə eks dünya çempionu, irlandiyalı Konor Makqreqorla iki çəki dərəcəsində mübarizə aparmaq istəyərdi.

Alim Nəbiyev kikboksinq üzrə yeddiqat dünya çempionu və üçqat Avropa çempionudur. Hazırda "Glory World Series"-in himayəsi altında çıxış edir. 2016-cı ilin noyabr ayında Nəbiyev Yohan Lilonu məğlub edərək WMC çempionu titulunu qazanıb. 2019-cu ilin iyununda isə o, "Glory World Series" çempionu titulu uğrunda döyüşün ikinci raundunda Sedrik Dumbiyeyə məğlub olub.

Kikboksçu müxtəlif vaxtlarda Rusiya, Azərbaycan və Ukrayna bayrağı altında çıxış edib, həmçinin "Vityaz Fight" və "Gabala" klublarını təmsil edib.

Xəbər lenti
0