00:18 31 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
11 0 0

Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub

BAKI, 15 may — Sputnik. Bakının "Sərkərdə" klubunun basketbolçusu Nikolay Kojuhari İrlandiyanın Offali şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Sputnik Azərbaycan "offalyexpress" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı oyunçu 100 min avroluq çətənə satmaqda və yetişdirməkdə ittiham olunur. Moldovalı basketbolçu iki həmyerlisi ilə birlikdə Kloverhill həbsxanasına yerləşdirilib. Kojuharinin girov qarşılığında azadlığa buraxılması barədə vəkili tərəfindən qaldırılan iddia təmin edilməyib. Hər 3 şəxs mayın 13-də məhkəmənin hökmü ilə həbs olunub.

Moldovalı oyunçu Azərbaycan Super Liqasında cəmi iki ay çıxış edib. 28 yaşlı idmançı ümidləri doğrultmadığı üçün komandadan kənarlaşdırılıb.

Qeyd edək ki, Azərbaycan Super Liqası aprelin 3-də koronavirus pandemiyası ilə əlaqədar dayandırılıb və "Zirə" (Astara) komandası çempion elan edilib. "Sərkərdə" isə 19 oyundan 28 xalla 8 komanda arasında 5-ci yeri tutub.

Əsas mövzular