Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Qarabağ" albaniyalı qapıçı ilə maraqlanır

© Photo : Instagram / gentian_selmaniГентиан Сельмани, фото из архива
Гентиан Сельмани, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Gentian Selmaninin "Menemenspor" klubu ilə müqaviləsi 2021-ci ildə başa çatır. Qapıçı Albaniya yığmasında da çıxış edir.

BAKI, 12 may — Sputnik. Azərbaycanın ən titullu futbol klubu "Qarabağ" Türkiyənin "Menemenspor" klubunun qapıçısı Gentian Selmani ilə maraqlanır. Sputnik Azərbaycan "Аjansspor" nəşrinə istinadən xəbər verir ki, bu barədə Türkiyə klubunun baş məşqçisi Cenk Laleci bildirib.

"Azərbaycan Premyer Liqasının ən güclü klubu "Qarabağ"dan Selmaninin keçidi ilə bağlı təklif daxil olub", - Laleci deyib.

Baş məşqçi bildirib ki, Türkiyə klubu on gün əvvəl toplaşıb və iyunun 12-də liqanın başlanmasına hazırlaşır. O, komandada heç bir koronavirus hadisəsinin aşkar edilmədiyini qeyd edib. Amma "Menemenspor" nümayəndəsi pandemiyaya görə futbolun iqtisadi tərəfdən zərər görəcəyini deyib. Maliyyə məsələləri oyunçuların xarici klublara keçirilməsi və əldə olunan vəsaitin infrastruktura yatırılması yolu ilə həll oluna bilər.

22 yaşlı Selmaniyə gəldikdə isə Lalecinin sözlərinə görə, onun oyununu yalnız Türkiyədə deyil, ölkənin hüdudlarından kənarda da izləyirlər. Laleci bildirib ki, "Qarabağ"la danışıqlar davam edir.

Son mövsümdə Selmani 28 dəfə "Menemenspor"un tərkibində meydana çıxıb. Qolkiperin müqaviləsi 2021-ci ildə başa çatır. O, həmçinin Albaniya milli komandası üçün çıxış edir.

Xəbər lenti
0