Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

La Liqanın bərpa tarixi bəlli oldu

© AP Photo / Manu FernandezЭль-Класико, фото из архива
Эль-Класико, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Məşqçi iddia edir ki, iİyunun 20-də oyunlar başlayacaq və beş həftədən sonra - iyulun 26-da mövsüm yekunlaşdırılacaq

BAKI, 8 may — Sputnik. Koronavirus pandemiyasına görə dayandırılan İspaniya La Liqasında mövsümün bərpa tarixi bəlli olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Marca"ya "Leqanes"in baş məşqçisi Xavyer Agirre açıqlama verib. O, oyunların iyunun 20-də başlayacağını bildirib.

"Artıq çempionatın bərpa tarixi bilinir. İyunun 20-də oyunlar başlayacaq və beş həftədən sonra - iyulun 26-da mövsümü yekunlaşdıracağıq. Oyunlar şənbə və bazar günləri, həmçinin çərşənbə və cümə axşamı günləri keçiriləcək. La Liqadan elə indicə mənə rəsmi məlumat verildi. Çox xoşbəxtəm, çünki artıq məşqləri planlaşdırmışıq. Sabah toplanışa başlayacağıq", – deyə məşqçi xoş xəbəri bölüşüb.

Xəbər lenti
0