Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Millimiz Malta səfərindən imtina etdi

© AFP 2023 / DENIS LOVROVICИгроки сборной Азербайджана ипразднуют забитый гол в вората Хорватской сборной во время квалификационного матча Евро-2020
Игроки  сборной Азербайджана ипразднуют забитый гол в вората Хорватской сборной во время квалификационного матча Евро-2020 - Sputnik Azərbaycan
Abunə olmaq
Bununla əlaqədar AFFA tərəfindən UEFA, Malta və Lixtenşteyn futbol federasiyaları müvafiq qaydada məlumatlandırılıb

BAKI, 12 mart — Sputnik. Azərbaycan milli komandasının martın 23-dən Maltada təşkil olunması nəzərdə tutulmuş təlim-məşq toplanışı, hazırlıq prosesi çərçivəsində martın 26-da Lixtenşteyn, martın 30-da isə Malta millisi ilə keçiriləcək yoldaşlıq oyunları ləğv olunub.

Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bununla əlaqədar AFFA tərəfindən UEFA, Malta və Lixtenşteyn futbol federasiyaları müvafiq qaydada məlumatlandırılıb.

Qərar son zamanlar dünyanın müxtəlif ölkələrində koronavirus (COVİD-19) infeksiyasının geniş yayılması, yaranmış vəziyyətin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən pandemiya kimi dəyərləndirilməsi, Malta Respublikasının bir neçə Avropa ölkəsindən (Almaniya, Fransa, İspaniya, İsveçrə) təyyarə reyslərini qəbul etməməsi, Azərbaycan milli komandasının heyətinə xarici ölkələrdən dəvət olunan futbolçuların səyahət riskinin (virusla əlaqədar) olması, komanda üzvlərinin və nümayəndə heyətinin yoluxma ehtimalının qarşısının alınması məqsədilə qəbul olunub.

Qeyd edək ki, toplanış martın 31-dək davam etməli idi.

Xəbər lenti
0