13:19 28 Oktyabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
10 0 0

Onun şüurunun yerində, vəziyyətinin sabit olduğu bildirilib. Müalicəsinin xəstəxanada davam etdirildiyi vurğulanıb.

BAKI, 3 mart — Sputnik. "Yuventus"un portuqaliyalı futbolçusu Kriştianu Ronaldunun anası Dolores Aveironun səhhətində problem yaranıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu haqda "Mais Futebol" məlumat yayıb. 65 yaşlı qadın dünən gecə insult keçirib və təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin cərrahi müdaxiləsi sayəsində iflic və digər ciddi problemlərin olmasının qarşısı alınıb.

Ronaldunun anasının şüurunun yerində, vəziyyətinin sabit olduğu bildirilib. Onun müalicəsinin xəstəxanada davam etdirildiyi vurğulanıb.

Qeyd edək ki, futbolçunun anası 2007-ci ildə döş xərçənginə görə əməliyyat olunub.

Əsas mövzular