22:09 05 İyun 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
10 0 0

Federasiyanın qərarına əsasən, kişilər arasında Super liqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb.

BAKI, 3 mart — Sputnik. Basketbol üzrə Azərbaycan çempionatının oyunları təxirə salınıb.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının saytında məlumat yayılıb.

Məlumata görə, bu addım Nazirlər Kabinetinin yanında operativ qərargahın müvafiq məlumatı (Koronavirus (COVİD - 19) infeksiyasının Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə təxirəsalınmaz tədbirlər çərçivəsində atılıb.

Federasiyasının qərarına əsasən, kişilər arasında Super liqanın bu gün və martın 5-də keçirilməli olan XXI turunun matçları təxirə salınıb. Qarşılaşmaların təşkili vaxtı hələ dəqiqləşməyib.

Federasiyasının digər qərarına əsasən, Nazirlər Kabinetinin 2 mart 2020-ci il sərəncamına müvafiq olaraq martın 4-də Rəşid Behbudov Dövlət Mahnı Teatrında keçiriləcək Jr.NBA Azərbaycan Liqasının püşkatma (draft) mərasimi də təxirə salınıb.

Əsas mövzular