CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İdmançımız "Tokio 2020"yə vəsiqə qazandı

© AP Photo / Alastair GrantЛегкоатлет сборной Азербайджана Назим Бабаев, фото из архива
Легкоатлет сборной Азербайджана Назим Бабаев, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
O, bu nəticə ilə gümüş medala yiyələnib və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib

BAKI, 20 fevral — Sputnik. Azərbaycan atleti Nazim Babayev Fransanın Lievin şəhərində keçirilən atletika üzrə "Meeting Hauts de France pas de Calais" beynəlxalq turnirində iştirak edib.

Sputnik Azərbaycan xəbər verir ki, üç təkanla tullanma növündə mübarizə aparan 23 yaşlı idmançı yarışda 17,15 metr nəticə göstərərək "Tokio 2020" lisenziya qazanıb. O, bu nəticə ilə gümüş medala yiyələnib və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib.

Qeyd edək ki, Nazim Babayev 2014-cü ildə keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. O, 2015-ci ildə Azərbaycan idmanının inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu ilə təltif edilib.

 

Xəbər lenti
0