Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Çempionlar Liqası: Halandın möhtəşəm dublu, Niqesin erkən qolu

© REUTERS / WOLFGANG RATTAY "Borussia Dortmund" PSJ oyunu
 Borussia Dortmund PSJ oyunu - Sputnik Azərbaycan
Abunə olmaq
Çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində bu gecə daha iki görüş keçiriləcək. "Atalanta" Milanda İspaniyanın "Valensiya" klubunu qəbul edəcək. Londondakı matçda isə "Leyptsiq" "Tottenhem"in qonağı olacaq.

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 19 fevral — Sputnik. Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunlarına start verilib. Sputnik Azərbaycan xəbər verir ki, ilk oyun günündə 2 matç keçirilib.

"Atletiko" öz meydanında "Liverpul"u qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. Qarşılaşmada yeganə qolu oyunun 4-cü dəqiqəsində Saul Niqes keçirib. Digər görüşdə isə PSJ "Borussiya"nın qonağı olub. "Siqnal İduna Park"da keçirilən oyunda ilk qolu 69-cu dəqiqədə dortmundluların norveçlı hücumçusu Haland vurub. 75-ci dəqiqədə Neymar status-kvonu bərpa edib. Tərəflər arasında sülh cəmi 2 dəqiqə sürüb. 19 yaşlı Haland yenidən fərqlənməyi bacarıb. Oyun meydan sahiblərinin qələbəsi ilə başa çatıb(2:1).

Çempionlar Liqasında 1/8 final mərhələsi çərçivəsində bu gecə daha iki görüş keçiriləcək. "Atalanta" Milanda İspaniyanın "Valensiya" klubunu qəbul edəcək. Londondakı matçda isə "Leyptsiq" "Tottenhem"in qonağı olacaq.

Qeyd edək ki, Milandakı oyun "CBC Sport", Londonda baş tutacaq qarşılaşma isə "İdman TV" kanalı ilə canlı yayımlanacaq.

Xəbər lenti
0