23:42 26 May 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
112 0 0

Premyer Liqa təmsilçisi iki il ərzində Avropa yarışlarında iştirakdan məhrum edilib və 30 milyon avro məbləğində cərimələnib.

BAKI, 14 fevral — Sputnik. "Mançester Siti" iki il müddətinə Çempionlar Liqasından kənarlaşdırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, UEFA "şəhərlilər"lə bağlı maliyyə fırıldaqçılığını təsdiqləyib.

Qurumun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Premyer Liqa təmsilçisi iki il ərzində Avropa yarışlarında iştirakdan məhrum edilib və 30 milyon avro məbləğində cərimələnib.

Beləliklə, "Mançester Siti" 2020-21 və 2021-22 mövsümlərində Çempionlar Liqası və Avropa Liqasında oynamayacaq.

Qeyd edək ki, "Mançester Siti"nin 2012-2016-ci illər aralığında maliyyə feyr-pley prinsiplərini pozduğu bildirilir.

Əsas mövzular