Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Əfsanəvi basketbolçu helikopter qəzasında öldü

© AFP 2023 / MARK RALSTONКоби Брайант, фото из архива
Коби Брайант, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
41 yaşlı veteran basketbolçunun nəqliyyat vasitəsi ABŞ-ın Los-Anceles şəhərində yerə çırpılıb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da ölüb.

BAKI, 26 yanvar — Sputnik. MBA-nın əfsanəvi basketbolçusu Kobi Brayant ölüb.

Sputnik Azərbaycan  TMZ Sports-a istinadla xəbər verir ki, Milli Basketbol Assosiasiyasının (MBA) tarixinə düşən amerikalı idmançı şəxsi helikopterinin Kaliforniyada qəzaya uğraması nəticəsində həlak olub.

41 yaşlı veteran basketbolçunun nəqliyyat vasitəsi ABŞ-ın Los-Anceles şəhərində yerə çırpılıb. Onunla bərabər helikopterdə olan digər dörd şəxs – K.Brayantın üç dostu və pilot da ölüb. 

Qeyd edək ki, karyerasını 2016-cı ildə başa vuran K.Brayant karyerası ərzində yalnız bir klubda – “Los-Anceles Leykers”də oynayıb. 5 dəfə MBA çempionu olan basketbolçu yarışın tarixində ən çox xal toplayan 4-cü bombardirdir.

Xəbər lenti
0