Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

UEFA klublarımızı sevindirdi - "Qarabağ"dan başqa hamı qazandı

© REUTERS / Denis BalibouseЛоготип в штаб-квартире УЕФА в Ньоне, Швейцария
Логотип в штаб-квартире УЕФА в Ньоне, Швейцария - Sputnik Azərbaycan
Abunə olmaq
UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb.

BAKI, 28 dekabr — Sputnik. UEFA-nın ayırdığı vəsait klubların hesabına köçürülüb. Sputnik Azərbaycan AFFA-nın rəsmi saytına isitnadən xəbər verir ki, 2018/19-ci il mövsümünü əhatə edən UEFA-nın "Həmrəylik ödəmələri və uşaq futbolunun inkişafı" proqramı çərçivəsində qeyd olunan mövsümdə Azərbaycan Premyer Liqasında çıxış etmiş, lakin UEFA Çempionlar Liqası və Avropa Liqası turnirlərinin qrup mərhələsinə vəsiqə qazanmamış klubların hesabına UEFA-dan ayrılmış maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə köçürülüb. "Qarabağ"dan başqa, hər bir kluba 56 794,43 avro məbləğində ödəniş olunub.

Qeyd edək ki, "Keşlə" klubu üçün nəzərdə tutulmuş vəsait klubun aylıq cari xərclərini ödəmək üçün növbəti aylarda Futbolun İnkişaf Fondundan klubun hesabına köçürüləcək.

 

Xəbər lenti
0