20:20 22 Yanvar 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
İDMAN
Qısa URL
3701

Azərbaycan millisi gənclərdən ibarət komandamızın 2017-ci ildə 2 xal hesabı ilə uduzduğu oyunun revanşını almağa çalışacaq

BAKI, 11 dekabr — Sputnik, Teymur Tuşiyev. Azərbaycan və Ermənistanın milli komandaları 2020-ci ildə İrlandiyada keçiriləcək kiçik ölkələr arasında Avropa çempionatında eyni qrupa düşüblər.

Sputnik Azərbaycan bildirir ki, iki ölkənin kişilərdən ibarət basketbol üzrə milli komandaları qitə çempionatının "B" qrupunda mübarizə aparacaqlar. Onlar həmçinin bu qrupda yer alan Andorra və İrlandiya milliləri ilə oyunlarda da qüvvələrini sınayacaqlar. "A" qrupuna isə Malta, Cəbəlüttariq və San-Marino komandaları düşüb.

Kiçik ölkələr arasında Avropa çempionatı 2020-ci il iyunun 29-dan iyulun 4-dək İrlandiyanın Limerik şəhərində təşkil olunacaq.

Qeyd edək ki, 2017-ci ildə Azərbaycan və Ermənistanın 20 yaşadək basketbolçuları Avropa çempionatının "B" divizionunda üz-üzə gəliblər. Rumıniyada keçirilən yarışda 17-20-ci yerlər uğrunda pley-off yarışları çərçivəsində Azərbaycan idmançıları 80:82 hesabı ilə uduzmuşdular. Milli yığmalar səviyyəsində isə Azərbaycan və Ermənistan gələn il ilk dəfə üz-üzə gələcəklər.

Bu ölkələrin komandaları gələn il daha bir turnirdə oynayacaqlar - iyulun 11-19-da Priştinada (Kosovo)  Avropa çempionatının "C" divizionunda 16 yaşadak gənc komandaların yarışı baş tutacaq. Ancaq bu dəfə millilər fərqli qruplara düşüblər - Azərbaycan yığması "A" qrupunda Uels, Andorra, Moldova və Şotlandiya ilə üzləşəcək, Ermənistan komandası isə "B" qrupunda  Albaniya, Kosovo, San-Marino, Cəbəlüttariq və Malta ilə qüvvəsini sınayacaq.

Əsas mövzular