Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

"Neftçi" tarix yazdı – 550-ci gəldi

© Photo : Facebook / Neftçi PFKФранцузский форвард азербайджанского футбольного клуба «Нефтчи» Стивен Жозеф-Монроз
Французский форвард азербайджанского футбольного клуба «Нефтчи» Стивен Жозеф-Монроз - Sputnik Azərbaycan
Abunə olmaq
"Neftçi" 1992-ci ildən çıxış etdiyi çempionatlarda 550-ci səfər qolunu 390-cı oyununda vurub. Bakılılar yarışın tarixində rəqib meydanında ən çox qol vuran komandadır

BAKI, 9 dekabr — Sputnik. Ötən gün Azərbaycan Premyer Liqasının XIV turunun "Sabah" – "Neftçi" oyununda vurulan son qol qonaqlar üçün əlamətdar olub.

Матч третьего тура группы A Лиги Европы по футболу между азербайджанским Карабахом и кипрским АПОЭЛ - Sputnik Azərbaycan
İDMAN
“Qarabağ” çempion oldu - Hələlik birinci dövrənin

Sputnik Azərbaycan PFL-in (Peşəkar Futbol Liqqası) rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisi ölkə çempionatları tarixində 550-ci səfər qoluna imza atıb. Bu yubiley topunun müəllifi Stiven Monroz olub. Onun 90+2-ci dəqiqədəki qolu komandasına 2:0 hesablı qələbə qazandırıb.

"Neftçi" 1992-ci ildən çıxış etdiyi çempionatlarda 550-ci səfər qolunu 390-cı oyununda vurub. Bakılılar yarışın tarixində rəqib meydanında ən çox qol vuran komandadır.

Qeyd edək ki, "Neftçi"nin Azərbaycan çempionatındakı ilk səfər qolunu 1992-ci il mayın 15-də Yunis Hüseynov vurub. O, "Avtomobilçi" ilə Yevlaxdakı matçın 21-ci dəqiqəsində fərqlənib. Həmin matçda qonaqlar 3:1 hesabı ilə qalib gəliblər.

Xəbər lenti
0