BAKI, 17 noyabr - Sputnik. İtaliyanın “İnviktasauro” klubu baş məşqçi ilə yollarını ayrırıb.
Bununla bağlı Oxu.az məlumat yayıb.
Buna səbəb isə komandanın “Marina Kalço” klubu üzərində 27:0 hesablı qələbəsi olub.
Klubun direktorlar şurası bu qələbənin rəqibə qarşı hörmətsizlik olduğunu bildirib və baş məşqçi işindən kənarlaşdırılıb. Bundan başqa, şura rəqib komandanın futbolçularından üzr də istəyib.