13:06 23 Yanvar 2021
Canlı yayım
  • USD1.7000
  • RUB0.0230
  • EUR2.0695
İDMAN
Qısa URL
42 0 0

Adətən onunla forma dəyişməyə can atsalar da, özü yalnız bir dəfə fransalı ulduz Zinəddin Zidana köynəkləri dəyişməyi təklif edib

BAKI, 15 noyabr — Sputnik. "Barselona"nın argentinalı ulduzu Lionel Messi "Kamp-Nou"nun kralı olsa da, meydanda forma dəyişmək üçün "Real Madrid"in ulduzunu axtarıb.

Sputnik Azərbaycan "Dailystar" nəşrinə istinadən xəbər verir ki, bu haqda ulduz futbolçu özü etiraf edib. O bildirib ki, adətən onunla forma dəyişməyə can atsalar da, özü yalnız bir dəfə fransalı ulduz Zinəddin Zidana köynəkləri dəyişməyi təklif edib.

Zinəddin Zidanın karyerasının son illərində Messi Kataloniya klubunda yenicə parlamağa başlayıb.

Qeyd edək ki, bu mövsüm Lionel Messi klub səviyyəsində 11 oyunda 8 qol və 5 məhsuldar ötürmə müəllifi olub. Onun 2004-cü ildən çıxış etdiyi "Barselona" ilə müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub.

Əlaqədar

"Siçovul ovçuları" meydana yanan şir çıxardılar - VİDEO
Baş məşqçi qələbəni yerdə qeyd etdi - VİDEO
Türkiyə və Fransa AVRO-2020-nin final mərhələsinə çıxıblar
Portuqallar Ronaldunun het-trikinin sayəsində Litvanı darmadağın ediblər
Uels millisi Azərbaycana xoş təəssüratlar ardınca gəlib - Rayan Giqqz

Əsas mövzular