09:58 21 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8828
Futbolçu, arxiv şəkli

"Naxçıvan" Almaniya çempionatında oynayacaq

CC0 / SeppH / ball
İDMAN
Qısa URL
132 0 0

Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi Azərbaycanın qədim diyarının Avropada tanıdılmasıdır. Eyni zamanda, peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir.

BAKI, 6 noyabr — Sputnik. Dünya Azərbaycanlıları Assambleyasının (DAA) futbol klubu olan "AZE Nakhchivan SK" Köln futbol klubu Almaniya Məhkəmə orqanı tərəfindən rəsmi qeydiyyatdan keçib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə qurumun rəsmi "Facebook" səhifəsi məlumat yayıb. Yeni yaradılmış kluba Aydın Karaca rəhbər seçilib.

Klubda Serdar Demir icraçı direktor, qanalı Nana İzak rəhbər müavini, Erkan Çelik maliyyə məsələlərindən məsul şəxs funksiyasını yerinə yetirəcək. "Araz Naxçıvan"ın baş direktoru Ceyhun Məmmədov isə Azərbaycan üzrə əlaqələndirici seçilib.

Komandanın artıq 1 yaşıl , 4 mini meydançası, futbolçuların asudə vaxtlarını keçirmələri üçün hər cür imkanlarla təmin olunmuş geniş kafe-bar, 4 soyunma otağı fəaliyyətə başlayıb.

DAA-nın prezidenti Rəşad Quliyev əsas məqsədin peşəkar futbol klubu yaradaraq, Avropada Azərbaycanı layiqincə təmsil etmək olduğunu bildirib: "Klubun adının Naxçıvanla bağlı olmasının əsas səbəbi Azərbaycanın qədim diyarının Avropada tanıdılmasıdır. Bu bölgənin zəngin tarixi, mədəniyyəti, turizmi, iqtisadi imkanlarına avropalıların diqqətini cəlb etməkdir. Eyni zamanda, peşəkar futbol klubu yaradaraq Avropada Azərbaycanı layiqincə təmsil etməkdir".

Qeyd edək ki, Dünya Azərbaycanlıları Assmableyasının futbol klubu olan "AZE Nakhchivan SK" klubu 2017-ci il 12 sentyabr tarixində Almaniyanın Köln şəhərində təsis olunub.

Əsas mövzular