17:00 13 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0265
  • EUR1.8725
Qarabağ futbolçuları qoldan sonra

"Qarabağ"ın iki futbolçusu Avropanın rəmzi komandasında

© Sputnik / Murad Orujov
İDMAN
Qısa URL
22 0 0

Hər iki futbolçumuz ötən gecə Tofiq Bəhramov adına respublika stadionunda APOEL-lə keçirilən görüşdə fərqlənərək qola imza atıb

BAKI, 25 oktyabr — Sputnik. UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunun rəmzi komandası bəlli olub.

Sputnik Azərbaycan UEFA-nın saytına istinadla xəbər verir ki, ən yaxşı oyunçular arasında Ağdamın "Qarabağ" futbol klubundan iki futbolçu da yer alıb. Bunlar ispaniyalı yarımmüdafiəçi Dani Kintana və braziliyalı müdafiəçi Ailton Silvadır.

Hər iki futbolçu ötən gecə Tofiq Bəhramov adına respublika stadionunda APOEL-lə keçirilən görüşdə fərqlənərək qola imza atıb. Rəmzi komandada yer alan futbolçular isə bunlardır: Safonov ("Krasnodar"), Ouen Veyndal ("AZ"), Artyom Şabanov ("Dinamo" Kiev), Serxio Eskudero ("Sevilya"), Franko Vaskes ("Sevilya"), Tön Kopmayners ("AZ"), Ussama İdrissi ("Az"), Roman Yaremçuk ("Gent"), Nikola Pepe ("Arsenal").

Qeyd edək ki, Kintana Avroliqanın 2-ci turunda da rəmzi 11-likdə yer almışdı.

Əsas mövzular