12:23 15 Noyabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.8744
Messi Qızıl butsla

Əfsanə yenə özünü təsdiq etdi

© REUTERS / ALBERT GEA
İDMAN
Qısa URL
23 0 0

Lionel qeyd edilən nominasiyada PSJ-nin hücumçusu Kilian Mbappeni qabaqlamağı bacarıb. Fransa yığma komandasının forvardı Mbappe ötən mövsüm Fransa çempionatında 33 qolla yadda qalıb.

BAKI, 16 oktyabr — Sputnik. "Barselona" və Argentina millisinin kapitanı Lionel Messi karyerası ərzində 6-cı dəfə "Qızıl buts" mükafatını qazanıb.

Sputnik Azərbaycan xəbər verir ki, 32 yaşlı hücumçu bu mükafata La Liqanın 2018-19 mövsümündə vurduğu 36 qola görə layiq görülüb. O, qeyd edilən nominasiyada PSJ-nin hücumçusu Kilian Mbappeni qabaqlamağı bacarıb. Fransa yığma komandasının forvardı Mbappe ötən mövsüm Fransa çempionatında 33 qolla yadda qalıb.

Qeyd edək ki, ulduz futbolçu Lionel Messi bu mükafatı 6 dəfə qazanmağı bacaran yeganə oyunçudur.

Əsas mövzular