Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Məşhur futbolçu vəsiyyətini etdi

© AP Photo / Antonio Calanni"Yuventus"un futbolçusu Kriştiano Ronaldo
Yuventusun futbolçusu Kriştiano Ronaldo - Sputnik Azərbaycan
Abunə olmaq
Tanınmış idmançı Kriştianu Ronaldonun var-dövləti 300 milyon avrodan çox qiymətləndirilir

BAKI, 3 sentyabr — Sputnik. "Yuventus"un futbolçusu Kriştiano Ronaldo vəsiyyətnamə yazıb.

Sputnik Azərbaycan "AS" nəşrinə istinadən xəbər verir ki, 34 yaşlı portuqaliyalı hücumçu bununla bağlı Lissabonda vəkili ilə görüşüb və sənədin bütün detallarını müzakirə edib.

Sənəddə qeyd edilir ki, Ronaldo ölsə, onun əsas varisi sevgilisi Corciana Rodriges olacaq. O, ulduz futbolçunun övladının anasıdır.

Kriştianu Ronaldonun var-dövləti 300 milyon avrodan çox qiymətləndirilir.

Qeyd edək ki, bu yaxınlarda "Hopper" portalı "Instagram"da ən bahalı reklama sahib idmançıların reytinqini dərc etmişdi. Ronaldu həmin siyahıya başçılıq edir. Belə ki, futbolçunun hesabında reklam postu paylaşmaq 975 min dollar dəyərindədir.

Xəbər lenti
0