Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İrland futbolçu "Qarabağ" barəsində çox iddialı danışdı

© AFP 2023 / JACK GUEZŞon Hennon
Şon Hennon - Sputnik Azərbaycan
Abunə olmaq
Şon Hennonun bir həftə sonra sözünü necə geri götürəcəyi maraqlıdır

BAKI, 23 iyul — Sputnik. "Qarabağ" yaxşı komandadır. Avrokuboklarda qrup mərhələlərinin daimi iştirakçısı olmaları hər şeyi deyir. Amma biz də onlardan geri qalmırıq. Bundan əvvəl böyük klubları məğlub edə bilmişik".

Sputnik Azərbaycan "The Irish Sun"a istinadən xəbər verir ki, bu sözləri "Dundalk"ın müdafiəçisi Şon Hennon Çempionlar Liqasının ikinci təsnifat mərhələsində evdə "Qarabağ"la oyun öncəsi açıqlamasında bilidirib.

O, heç nədən çəkinmədiklərini söyləyib: "Qarabağ"ın öhdəsindən məharətlə gələcəyik. Avropada irəliləmək istəyirik. Oyuna çox yaxşı hazırlaşacağıq və "Qarabağ"ı daha da yaxından tanıyacağıq. Səfər öncəsi oyun planını hazılamaq üçün də vaxtımız var".

Qeyd edək ki, sabah keçiriləcək "Dundalk" – "Qarabağ" oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq. Cavab görüşü isə 1 həftə sonra "Dalğa Arena"da olacaq və yerli vaxtla 21:00-da start götürəcək.

Xəbər lenti
0