Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Baş məşqçi istefa verdi, Balayev beş top buraxdı

© © "Tobol" klubunun mətbuat xidmətiQazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayev
Qazaxıstanın Tobol klubunun qapıçısı Emil Balayev - Sputnik Azərbaycan
Abunə olmaq
Yığmamızın qapıçısı qollardan birini penaltidən buraxıb

BAKI, 22 iyul — Sputnik. Qazaxıstan Premyer Liqasında 19-cu turun görüşləri keçirilir.

Sputnik Azərbaycan xəbər verir ki, milli komandamızın qapıçısı Emil Balayevin şərəfini qoruduğu Qazaxıstanın "Tobol" klubu öz meydanında "Kayrat"la qarşılaşıb.

Матч Нефтчи - Сперанца - Sputnik Azərbaycan
İDMAN
“Arsenal”dan “Neftçi”yə şirin cavab: Biz sizi pryanikə qonaq edərik
 Səkkiz qolun vurulduğu görüşdə qonaqlar qalib gəliblər – 5:3. Balayev qollardan birini penaltidən buraxıb.

Oyundan bir neçə saat əvvəl "Tobol" klubu baş məşqçisi ilə yollarını ayırıb. Belə ki, Kustanay təmsilçisi rusiyalı baş məşqçi Vladimir Qazzayevi istefaya göndərib. Qazzayevlə yanaşı, köməkçisi Nikolay Latışla da yollar ayrılıb. Rəsmi açıqlamada bu qərarın klubun strategiyası ilə bağlı olduğu bildirilib. Baş məşqçinin qovulmasına əsas səbəb kimi, "Tobol"un Avropa Liqasının birinci təsnifat mərhələsində Lüksemburqun "Jeness Eş" klubuna məğlub olaraq, mübarizəni dayandırması göstərilir.

Qeyd edək ki, 19 turdan sonra 39 xalı olan "Tobol" turnir cədvəlinə başçılıq edir. "Astana" isə 38 xalla 2-ci olub.

Xəbər lenti
0