15:17 19 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Футбольное поле и мяч

"Qarabağ"ın taleyini polşalılar həll edəcək

CC0 / Thomas B. / Ball
İDMAN
Qısa URL
36 0 0

Bartos Frankovski və Marçin Boniek Azərbaycan azarkeşlərinə tanış hakimlərdir

BAKI, 20 iyul — Sputnik. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Dundalk" - "Qarabağ" ilk oyununa hakim təyinatları olub.

Sputnik Azərbaycan xəbər verir ki, İrlandiyada "Oriel Park"da oynanılacaq görüşün baş hakimi Polşa Futbol Federasiyasından Bartos Frankovski olacaq. Ona həmyerliləri Marçin Boniek və Yakub Uinkler köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Daniel Stefanski yerinə yetirəcək.

Xatırladaq ki, Bartos Frankovski və Marçin Boniek Azərbaycan azarkeşlərinə tanış hakimlərdir. Belə ki, 2017-ci ildə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Norveç -Azərbaycan oyununda Frankovski 4-cü hakim, Boniek isə yan hakim olaraq oyunu idarə ediblər.

Qeyd edək ki, "Dundalk" - "Qarabağ" görüşü iyulun 24-ü Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandalar arasında cavab matçı isə 1 həftə sonra Bakıda keçiriləcək.

Əsas mövzular