20:57 12 Dekabr 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0269
  • EUR1.8941
Rikardo Kuarejma mətbuat konfransında

Portuqaliyalı ulduz futbolçu Azərbaycanda oynamaq perspektivindən danışdı

© Sputnik / Tushiyev Teymur
İDMAN
Qısa URL
2526 0 0

Məşhur portuqaliyalı futbolçu, Portuqaliya yığmasının heyətində Avropa çempionu olmuş Kuarejma Bakınını qonağıdır və o, Azərbaycanla bağlı təəssüratlarını bölüşüb.

BAKI, 31 may — Sputnik. Rikardo Kuarejmanın gələcəkdə Azərbaycanda oynayacağı istisna olunmur.

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri məşhur portuqaliyalı futbolçu, 2016-cı ildə Portuqaliya yığmasının tərkibində Avropa çempionu olmuş Kuarejma bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.

"Həyatda hər şey mümkündür, ola bilər" - deyə hazırda İstanbulun "Beşiktaş" komandasının heyətində çıxış edən titullu portuqaliyalı bildirib.

Находящийся в Баку с визитом игрок турецкого клуба Бешикташ и сборной Португалии Рикарду Куарежма в ходе пресс-конференции
© Sputnik / Tushiyev Teymur
Rikardo Kuarejma mətbuat konfransında

Kuarejmanın Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla birlikdə nazirliyin konfrans zalında görünməsi və portuqaliyalı futbolçunun adının səsləndirilməsi sürəkli alqışlarla qarşılanıb.

Qeyd edək ki, Kuarejma Bakıya Azad Rəhimovun dəvəti ilə gəlib. Nazir salamlama nitqində Azərbaycanın futbol ölkəsinə çevrildiyini deyib.

"Biz bu günlərdə Avropa Liqasının final matçını (Arsenal-Çelsi) qəbul etdik və o, yüksək səviyyədə təşkil edilmişdi. Bütün qonaqlar keçirilən matçdan razı qaldılar və oyunun təşkili səviyyəsini təqdir etdilər" - deyə nazir bildirib.

Jurnalistlərin hamısını portuqaliyalı qonağın Bakı səfərinin məqsədi maraqlandırırdı. Lakin sən demə, səfər onların düşündükləri səbəblə (Kuarejmanın Azərbaycan klublarından birinə transferi-red.) bağlı deyilmiş. "Beşiktaş"ın oyunçusu sadəcə, qonaqdır və Bakıda dincəlmək niyyətindədir.

"Kim bilir, bəlkə o, Gənclər və İdman Nazirliyində işləmək istəyəcək" - deyə Rəhimov zarafata bildirib və onun zarafatı zalda gülüş doğurub.

Sonra nazir Kuarejmaya Azərbaycan və Portuqaliya arasında dostluq diplomunu təqdim edib. 36 yaşlı futbolçu Bakıya mayın 30-da gəlib. Onun sözlərinə görə, Bakıda gördüyü yerlər çox xoşuna gəlib.

"Mən Bakıya birinci dəfə deyil gəlmişəm. Amma bu dəfə şəhərlə yaxşı tanış olmaq və gəzmək imkanım oldu. Burada daha bir gün qalmaq və Azərbaycan paytaxtının görməli yerləri ilə tanış olmaq niyyətindəyəm" - Kuarejma deyib.

Bununla yanaşı, portuqaliyalı futbolçu özünün gələcək planları barədə danışıb.

Рикарду Куарежма
© Sputnik / Tushiyev Teymur
Rikardo Kuarejma mətbuat konfransında

"Mənim hələlik "Beşiktaş"la müqaviləm davam edir. Bu klub çox xoşuma gəlir, orada özümü evdəki kimi hiss edirəm. Hələlik klubumu dəyişmək barədə düşünmürəm" - futbolçu əlavə edib.

Londonun "Çelsi" və Madridin "Real" klublarının sabiq oyunçusu, hazırda Azərbaycanın "Səbail" klubunda çıxış edən Maykl Essyen kimi Azərbyacnda oynamaq perspektivinə toxunan portuqaliyalı futbolçu deyib ki, həyatda hər şey mümkündür.

"Mən hələlik "Beşiktaş"ın oyunçusuyam. Amma həyatda hər şey mümkündür, ola bilər. Yəni heç nəyi istisna etmək olmaz" - deyə Kuarejma əlavə edib.

Əsas mövzular