Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Səfir Tahir Tağızadə “The İndependent” qəzetinə açıq məktub ünvanlayıb

© Sputnik / Murad OrujovAzərbaycan Respublikasının Xarici İşlər Nazirliyi
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın Britaniyadakı səfiri: "Bütün idmançılara və azarkeşlərə təhlükəsizlik zəmanəti veririk"

BAKI, 29 may - Sputnik. Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə "The İndependent" qəzetinin 25 may sayında Conatan Lyunun müəllifliyi ilə dərc edilən "Henrix Mxitaryan: Bakı və nə səbəbdən idman və siyasət bir birindən ayrıla bilməz" məqaləsinə cavab hüququndan istifadə edərək, həmin qəzetin baş redaktoruna açıq məktub ünvanlayıb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, məktubda müəllifin bəzi məsələlərə "tarixi" baxımdan toxunmadan öncə, tarixi öyrənməli olduğu tövsiyə edilib.

Həmçinin Bakıda UEFA Avropa Liqası ilə bağlı bütün idmançılara və azarkeşlərə təhlükəsizlik zəmanətinin verildiyi xatırladılıb. 

Səfir məktubunda Ermənistanın Azərbaycana qarşı təcavüz və etnik təmizlənmə siyasətinin yürütdüyünü, Xocalı soyqırımını törətdiyini və indiyə kimi beynəlxalq ictimaiyyətinin tələblərinə məhəl qoymadığını vurğulayıb və müəllifi əsl tarixi yanaşmaya dəvət edərək, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi 4 qətnamə ilə yaxından tanış olmağa çağırıb. 

T.Tağızadə həmçinin müəllifi qondarma "şahidlər"ə və naməlum "sorğular"a istinad etməkdənsə, daha etibarlı mənbələrə müraciət etməsini məsləhət görüb və bu xüsusda konkret nümunələr göstərib.

Səfirin məktubu ilə bağlı daha ətraflı məlumat aşağıdakı link üzrə əldə etmək olar: http://london.mfa.gov.az/news/4/3027

Xəbər lenti
0