09:13 20 Aprel 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0266
  • EUR1.9105
Вид на «Пламенные башни», визитной карточки Баку

Bakı daha bir möhtəşəm yarışa ev sahibliyi edəcək

© Depositphotos / Fotodom
İDMAN
Qısa URL
5794 0 0

Növbəti qitə çempionatı gələn ilin martında paytaxtımızda təşkil olunacaq

BAKI, 3 aprel - Sputnik. Azərbaycan milli komandası 28-31 mart tarixlərində İspaniyanın Quadalaxara şəhərində Avropa çempionatını bir qızıl və gümüş, eləcə də 2 bürünc medalla başa vurub.

Sputnik Azərbaycan-ın məlumatına əsasən, Para-Karate yarışlarının gözdən zəif idmançılar kateqoriyasında Sahib Əhədov Avropa çempionu olub. Fərdi kumite yarışlarında Rafael Ağayev (-75 kq) gümüş, Asiman Qurbanlı (+84 kq) isə bürünc medal qazanıb. Daha bir bürünc medala Roman Heydərov (kata) sahib olub. 

Nuranə Əliyeva (-50 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası bürünc medal uğrunda görüşdə qələbəni əldən verib. Rafiz Həsənov (-67 kq) və Ayxan Mamayev (-84 kq) təsəlliverici döyüşlərə qatılsalar da, mükafatçılar arasına düşə bilməyiblər.

Nəticələrdən başqa, mərhələ keçən idmançılarımız dünya reytinq cədvəli ilə birgə, 2-ci Avropa oyunları və 2020-ci ildə Yay Olimpiya Oyunlarına lisenziyalar uğrunda reytinq xallarını artırıblar. Yaxın günlərdə 2-ci Avropa Oyunlarına vəsiqə qazanan karateçilərin siyahısı açıqlanacaq. Böyüklərin 54-cü Avropa çempionatında 51 ölkədən 508 idmançı iştirak edib. Azərbaycan medal qazana bilən 26 ölkə arasında 10-cu yeri tutub.

Qitə çempionatının sonunda təşkilatçı ölkə kimi İspaniya Karate Federasiyasının prezidenti Antonio Marquenyo və Avropa Karate Federasiyasının (EKF) 1-ci Vitse-Prezidenti Jiri Bocek, EKF-in bayrağını 2020-cu ildə 55-ci Avropa çempionatının təşkilatçısı Azərbaycana təqdim ediblər.

Azərbaycan Milli Karate Federasiyasının prezidenti və EKF-in İcraiyyə Komitəsinin üzvü Yaşar Bəşirov rəsmi mərasimdə EKF-in bayrağını qəbul edib. Növbəti qitə çempionatı gələn ilin martında paytaxtımızda təşkil olunacaq.

Əsas mövzular