19:32 23 Mart 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0264
  • EUR1.9288
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının(ADFA) yeni formatda yenidən qurulması münasibəti ilə mətbuat konfransı keçirilib.

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyası yenidən bərpa olundu

© Sputnik / Tarana Khudabakhshiyeva
İDMAN
Qısa URL
14 0 0

Vasif Namazov: "Məqsədimiz bütün idman Federasiyalarını birləşdirməkdir"

Təranə Xudabaxşiyeva, Sputnik Azərbaycan

BAKI, 1 mart — Sputnik. Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) yeni formatda qurulması münasibəti ilə mətbuat konfransı keçirilib. Sputnik Azərbaycan xəbbər verir ki, tədbirdə ADFA-nın yeni məramnaməsi, qarşısında duran hədəfləri və eyni zamanda yeni formalaşan struktur heyəti ictimaiyyətə təqdim olunub. 

Azərbaycan Alpaqut Federasiyasının yaradıcısı Vasif Namazov tədbiri açıq elan edib və bir müddət Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının fəaliyyətinin dondurulduğunu nəzərə çatdırıb: "Bu gün isə qərara gəldik ki, yenidən fəaliyyətə başlayaq. Məqsədimiz döyüş növü olan bütün idman Federasiyalarını birləşdirməkdir".

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının(ADFA) yeni formatda yenidən qurulması münasibəti ilə mətbuat konfransı keçirilib.
© Sputnik / Tarana Khudabakhshiyeva
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının(ADFA) yeni formatda yenidən qurulması münasibəti ilə mətbuat konfransı keçirilib.

Vasif Namazov əlavə edib ki, uğurlu idmançılar var, amma federasiyaları olmayan uğurlu idmançılar da hüquqi çərçivədə Assosiasiyaya qoşulub, komanda yarada bilərlər: "Biz onlara dəstək olacağıq. Assosiasiyaya üzvlük haqqı olmayacaq və heç bir şərt qoyulmur. Gələcəkdə Assosasiyanın fəaliyyətini gücləndirmək istəyərlərsə, bu zaman hər hansı ödəniş haqqında düşünmək olar. Hətta hansı federasiya Assosiasiyaya üzv olarsa, onda mütləq bir nəfər idarə heyətinə üzv olunacaq".

"Elə qurumlar var ki, Assosiasiyaya qəbul edə bilmərik, çünki onları nə dünyada tanıyırlar, nə də dünya, avropa yarışları var. Ancaq bir şərtlə onları üzv edə bilərik, biz onlara kömək edək, onlar da irəli getsinlər. Əks halda mümkün olmayacaq" - deyə V.Namazov bildirib.

Mətbuat konfransında ADFA-nın prezidenti Azər Həsənsoy da çıxış edib. O, ADFA-nın ilk dəfə 1998-ci ildə xatırladaraq qeyd edib ki, həmin vaxt klublar və federasiyalar çox yaranırdı: "Qeyd etməliyəm ki, həmin məşqçilər və klubların əksəriyyəti standartlara cavab vermirdi. Bir müddət sonra assosiasiyanın fəaliyyəti donduruldu. Son 3 ildir ki, idman aləmində baş verənlər yenidən assosasiyanın fəaliyyətinin bərpa edilməsini zəruri etdi. Amma ADFA-nın yenilənməsinə ehtiyac var idi. Biz də gənclər və idman nazirliyinə müraciət etdik. Nazir Azad Rəhimovun imzası ilə yenidən qeydiyyatdan keçdik".

Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının(ADFA) yeni formatda yenidən qurulması münasibəti ilə mətbuat konfransı keçirilib.
© Sputnik / Tarana Khudabakhshiyeva
Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının(ADFA) yeni formatda yenidən qurulması münasibəti ilə mətbuat konfransı keçirilib.

"Əsas məram ondan ibarətdir ki, assosiasiya federasiyanın işinə təsir edə bilməz. Buna hüququ yoxdur. Sadəcə idmanın inkişafına kömək etmək, bəzi anlaşılmazlıqların aradan qalmasına kömək etməkdir. Biz dəfələrlə müraciət etmişik ki, idmançılar arasında da ayrıseckilik olsun. Elə idmançılar var ki, uğur qazanmır və özünü peşəkar idmançı kimi təqdim edir, amma peşəkarlar, zəhmət çəkənlər kölgədə qalır. Məqsəd odur ki, sağlam federasiyaları bu assosiasiyaya cəlb edib, razılığa gələk. Bu da döyüş sənətləri üzrə məşğul olan idmançıları bir yerdə birləşdirmək, döyüşçüləri bir-birininə tanıtmaq, uğur qazanmasına səbəb olmaqdır. Biz Azərbaycan idmançıları olaraq sanballı yarışlarda iştirak etməliyik. Nəinki idman zalında gedən adi və o qədər də ciddi olmayan idman yarışlarına zaman sərf etməliyik" - deyə o bildirib.

Əlaqədar

Azərbaycanda "Formula 1" ilə yanaşı daha bir beynəlxalq idman yarışı keçiriləcək
İdman cameəsində yenə həssas anlar yaşanır, son qərarı AMAA verəcək
Bədən Tərbiyəsi və İdman Akademiyasında yeni fakültə açılıb
Teqlər:
federasiya

Əsas mövzular