08:22 20 Avqust 2019
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.8856
Ağır atletika məşqləri, arxiv şəkli

Ağır atletlərimiz ABŞ-a gedir

© Sputnik / Grigory Sysoyev
İDMAN
Qısa URL
21 0 0

Yarışda 50 ölkədən 200-dən çox atlet mübarizə aparacaq.

BAKI, 28 fevral — Sputnik. 8-15 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında 8-ci dünya birinciliyi keçiriləcək. Ağır Atletika Federasiyasından Sputnik Azərbaycan-a verilən məlumata görə, yarışda 50 ölkədən 200-dən çox atlet mübarizə aparacaq.

Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olacaq. Dünya birinciliyində baş məşqçi Asif Məmmədovun rəhbərliyi altında iştirak edəcək heyətimiz aşağıdakı kimidir: Ömər Cavadov (55 kq), Elşən Məmmədov (61 kq), Rüstəm Qasımov (67 kq), Əli Şükürlü (96 kq), Rəhman Kazımov (+102 kq).

Əsas mövzular