09:23 13 Dekabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0256
  • EUR1.9254
Футбольный мяч. Архивное фото

Azərbaycanın yaxın iki ildəki rəqibləri məlum oldu

© Sputnik / Alexey Kudenko
İDMAN
Qısa URL
1140 0 0

Azərbaycan millisi Avropa çempionatına çıxmaq uğrunda E qrupunda mübarizə aparacaq

BAKI, 2 dekabr - Sputnik. Dekabrın 2-də İrlandiyanın paytaxtı Dublindəki Konvensiya Mərkəzində 2020-ci il futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Sputnik Azərbaycan xəbər verir ki, püşkatmanın nəticələrinə görə Azərbaycan millisi E qrupunda oynamaq hüququ qazanıb.

Bu qrupda Azərbaycanın rəqibləri Xorvatiya, Uels, Slovakiya və Macarıstan yığmaları olacaq.

Ümumilikdə Avropa yığmaları çempionatda iştirak etmək uğrunda 10 qrupda yarışacaqlar. 

A qrupunda İngiltərə, Çexiya, Bolqarıstan, Monteneqro və Kosovo, B qrupunda Portuqaliya, Ukrayna, Serbiya, Litva və Lüksemburq, C qrupunda Niderland, Almaniya, Şimali İrlandiya, Estoniya və Belarus, D qrupunda İsveçrə, Danimarka, İrlandiya, Gürcüstan və Cəbəlüttariq, E qrupunda Xorvatiya, Uels, Slovakiya, Macarıstan və Azərbaycan, F qrupunda İspaniya, İsveç, Norveç, Rumıniya, Farer adaları və Malta, G qrupunda Polşa, Avstriya, İsrail, Sloveniya, Makedoniya və Latviya, H qrupunda Fransa, İslandiya, Türkiyə, Albaniya, Moldova və Andorra, I qrupunda Belçika, Rusiya, Şotlandiya, Kipr, Qazaxıstan və San-Marino, nəhayət J qrupunda İtaliya, Bosniya-Herseqovina, Finlandiya, Yunanıstan, Ermənistan və Lixtenşteyn milliləri Avropa çempionatına çıxmaq uğrunda mübarizə aparacaqlar.

Əsas mövzular