07:50 14 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0251
  • EUR1.9117
Kriştianu Ronaldu

Kriştian Ronaldunun adı daha bir neçə qalmaqalda da hallanır

© REUTERS / Susana Vera
İDMAN
Qısa URL
443 0 0

Ronaldunu zorakılıqda ittiham edən qadınların sayı 4 nəfərə çatıb

BAKI, 10 oktyabr — Sputnik. "Yuventus"un hücumçusu Kriştianu Ronaldunu zorakılıqda ittiham edən qadınların sayı artıb.

Bu barədə "Report" "The Sun"a istinadən xəbər verir.

Nəşrin ABŞ vətəndaşı Ketrin Mayorqinin maraqlarını təmsil edən vəkil Lesli Stovallaya istinadən verdiyi məlumata görə, "zərərçəkən"lərdən biri iddia edib ki, futbolçu onu yaralayıb. Digər versiyaya görə, həmin qadın idmançı ilə bu barədə məlumatı yaymamaq barədə razılığa gəlib.

Oktyabrın 7-də KİV-də Ronaldunun hansısa qadını zorlaması barədə məlumat yayılıb. Polis bu məlumatı yoxlayır.

Hücumçu onun ünvanına olan bütün ittihamları rədd edir. 

Əsas mövzular