22:22 17 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0258
  • EUR1.9267
Həbib-Konor döyüşü

Həbibin cəzası bəlli oldu: Pul almayacaq və döyüşlərə buraxılmayacaq

© AP Photo / John Locher
İDMAN
Qısa URL
898 0 0

"O, çempion kəmərini saxlayacaq, amma eyni zamanda diskalifikasiyaya məruz qalacaq"

BAKI, 9 oktyabr — Sputnik. Nevada Atletika Komissiyası qarışıq döyüşlər üzrə rusiyalı idmançı Həbib Nurməhəmmədovun UFC-229 çərçivəsində irland idmançı Konor Makqreqor üzərində qələbəyə görə qazandığı məbləği idmançıya verməyəcək. Sputnik Azərbaycan Rusiya KİV-ə istinadən xəbər verir ki, bunu UFC-nin rəhbəri Deyn Uayt bildirib.

"Biz məbləği Həbibə ödəməmək barədə düşünürük. O, dəqiq tam məbləği almayacaq. Həbib çempion kəmərini saxlayacaq, amma eyni zamanda diskalifikasiyaya məruz qalacaq. Böyük ehtimalla, 4-6 ay müddətinə. O, ABŞ ərazisində döyüşlər keçirə bilməyəcək. Biz də onu digər ölkələrdə keçirəcəyimiz döyüşlərə dəvət etməyi düşünmürük" — deyə UFC rəhbəri bildirib.

Xatırladaq ki, şənbə günü — oktyabrın 6-da Las-Veqas şəhərində irland boksçu Konor Makqreqorla dağıstanlı samboçu Həbib Nurməhəmmədov arasında qaydasız döyüş olub. Rusiyalı döyüşçü qarışıq döyüş növündə qələbə qazanıb və yüngül çəkidə "Ultimate Fighting Championship — UFC" (Mütləq Döyüş Çempionatı) titulunu qoruyub.

Qarşılaşma təkcə rinqlə məhdudlaşmayıb. Bütün raundlarda mütləq qələbə qazanan Nurməhəmmədov döyüşdən dərhal sonra rinqin divarlarını aşaraq zalda ona söyüş söyən Makqreqor komandasının üstünə şığıyıb və onlarla dalaşmağa başlayıb. Sonra o, rinqə qayıtsa da, bu dəfə də onun komandasının üzvləri Makqreqor və komandasının üzvlərinin üzərinə atılıb.

Məsələyə polis qarışmalı olub. Nurməhəmmədovun komandasındakı 3 nəfər saxlanılıb, sonra isə buraxılıblar.

UFC-nin rəhbəri Dayn Uayt qeyd edib ki, baş verənlərdən güclü şəkildə sarsılıb. Hərəkətinə görə, hətta rusiyalı döyüşçünün titulunun əlindən alınacağı da istisna deyil. UFC, eyni zamanda Nurməhəmmədovun qonorarının ödənilməsini dondurmaq qərarına gəlib. Ona çempionluq kəməri bir neçə saat sonra verilib.

Həbib Nurməhəmmədovun sözlərinə görə isə onu dalaşmağa vadar edən Makqreqorun onun dinini, ölkəsini və ailəsini təhqir etməsi olub. Daha sonra çempion Nevada ştatının Atletika Komissiyasından davaya görə üzr istəyib.

Əlaqədar

İdman şərhçisi: “Artıq Həbib Nurməhəmmədov dönəminin başladığını demək olar”
Həbibin döyüş vaxtı Makqreqora dediyi sözlər bilindi
Dünyanın gündəmini tutan döyüş: Həbib bunu etməliydi, yoxsa yox?
Həbib Nurməhəmmədovun başı dərddə: UFC sərt, atası isə amansız qərar verəcək
Həbib-Konor döyüşünün gözlənilməz nəticəsi - Məhəmmədov həbs edildi
Teqlər:
idmançı, döyüş, UFC, Həbib Nurməhəmmədov

Əsas mövzular