05:08 20 Noyabr 2018
Canlı yayım
  • USD1.7000
  • RUB0.0257
  • EUR1.9377
Şahmat, фото из архива

Şah və mat

CC0 / moshehar / Шахматы
İDMAN
Qısa URL
53 0 0

158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür

BAKI, 20 iyul — Sputnik. Beynəlxalq Şahmat Federasiyası — FİDE yaradılıb.

Demokratik prinsiplər əsasında təsis olunan FİDE qeyri-siyasi təşkilatdır. FİDE milli şahmat federasiyalarını birləşdirir və dünya şahmatçılarına rəhbərlik edir. Federasiyanın təsis edildiyi gün — iyulun 20-si dünyada Beynəlxalq Şahmat Günü kimi qeyd olunur. 

Şahmatın inkişafı və populyarlaşması ilə məşğul olur. Əsası 1924-cü ilin 20 iyulunda Parisdə qoyulub. 158 milli federasiya, o cümlədən Azərbaycan Şahmat Federasiyası FİDE-nin üzvüdür (2011). Bayrağı, himni və devizi ("Gens una sumus" —"Biz hamımız bir ailəyik") var.

1980 ildən YUNESKO-nun üzvüdür. Mənzil qərargahı Afinadadır. Rəsmi dilləri: fransız, rus, ingilis, alman və ispan. FİDE kişilər və qadınlar arasında dünya və Avropa çempionatları (şəxsi və komanda), Ümumdünya şahmat olimpiadaları (1927 ildən kişilər və 1957 ildən qadınlar arasında) və başqa böyük yarışlar keçirir. İldə iki dəfə dünyanın aparıcı şahmatçılarının reytinq cədvəlini dərc edir; qrossmeyster, beynəlxalq usta, FİDE ustası adlarını verir.

Rəhbər orqanları FIDE Baş Assambleyası, FIDE Mərkəzi komitəsi və FIDE İcraiyyə komitəsidir. FİDE-nin tərkibində müxtəlif komissiyalar, o cümlədən kvalifikasiya, inkişaf etməkdə olan ölkələrə yardım, oyun qaydaları, şahmatın kompüterlə və məktəblərdə tədrisi və s. fəaliyyət göstərir. FİDE-yə bir sıra başqa beynəlxalq şahmat təşkilatları, o cümlədən Beynəlxalq məktublaşma ilə şahmat oyunu federasiyası (IKCF), Görmə qüsuru olan şahmatçıların beynəlxalq assosiasiyası (IBCA), FİDE-nin şahmat kompozisiyası üzrə daimi komissiyası birləşdirilib. FİDE-nin prezidenti Kirsan İlyumjinovdur (1995 ildən).

Teqlər:
yaradılma, Kirsan İlyumjinov, FİDE, Beynəlxalq Şahmat Federasiyası, şahmat

Əsas mövzular